Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50
11 Mart 23:50
11 Mart 23:40
14 Noyabr 2025 14:53
2 079
Gürcüstanın qaz idxalının 90%-i Azərbaycanın payına düşür.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
DB Gürsütanın təbii qaz təminatında Azərbaycanın aparıcı rolunu xüsusi qeyd edib. Sənədə əsasən, Gürcüstanın ümumi qaz idxalının 90 faizi Azərbaycandan, 10 faizi isə Rusiyadan həyata keçirilir.
Hesabatda bildirilir ki, Gürcüstan həmçinin Azərbaycandan Türkiyəyə nəql olunan qazın tranzit ölkəsi kimi çıxış edir. Bu tranzit müqabilində ölkə həm pul şəklində tranzit haqları alır, həm də müəyyən həcmdə aşağı qiymətli qazla təmin olunur.
"Gürcüstanın Azərbaycanla uzunmüddətli alış(offtake) müqavilələri də ölkəni spot bazar qiymətlərindəki dəyişikliklərin təsirindən qoruyur"- Dünya Bankı əlavə edib.
11 Mart 23:17
1 022
11 Mart 10:16
1 498
11 Mart 09:52
1 547