Azərbaycanın AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda pensiya və sosial yardım alanların sayı açıqlanıb
Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümid edir
İnternetdə qumar oyunu təşkil edən mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib
14:51
560
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zaman 21 kq narkotik vasitə və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
DİN xəbər verir ki, Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.
Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.