Ermənistanın növbəti məğlubiyyəti Siyasət

Ermənistanın növbəti məğlubiyyəti

Amerika Birləşmiş Ştatları hökuməti işğal altında olan Qarabağda minatəmizləmə işlərinə ayrılan illik maliyyə yardımının dayandırılması barədə qərar qəbul edib. Minadan təmizləmə illər boyu sadəcə bir bəhanə olduğu və yardımın daha ciddi siyasi hədəflər qoyduğu güman edilə bilər.
Söhbət, ilk növbədə, bölgədəki güc balansını qorumaqdan gedir və əslində ABŞ bu birbaşa köməyi ilə təkcə İrəvana deyil, bütün bölgəyə siyasi münasibətlərə dolayı yolla siqnallar vermiş olub.
Qərar siyasi münasibətlərdə kəskin dəyişiklikdir və aydındır ki, Tramp administrasiyası sələflərinin qəbul etdiyi siyasəti rədd edir. Münasibət bir gün dəyişə bilər, ancaq bu yalnız Tramp Ağ Evi tərk etdikdən sonra baş verə bilər. 45-ci prezident isə gördüyümüz kimi, hələ getmək niyyətində deyil və ikinci müddətə vəzifəyə hazırlaşır.
Yəni Tramp administrasiyası artıq Cənubi Qafqazda ikitərəfli baxışın tətbiq edilməsində maraqlı deyil. Bu Dağlıq Qarabağ münaqişəsindən daha çox, İrəvana qarşı göstərilən münasibətdir. Yaxud İrəvanda oturan, ABŞ-ı tənqid etməyi çoxdan bəri görünməmiş bir uğur olaraq dəyərləndirən “inqilabçı”ların əldə etdiyi nailiyyətdir.
Erməni müəlliflərdən biri Qarpis Paşoyan, bu vəziyyəti Ermənistan hökumətinin ən böyük məğlubiyyətlərindən biri kimi qiymətləndirir.
“Son iki ildə Vaşinqtonla konstruktiv dialoqa başlamaq üçün faktiki olaraq heç bir iş görülməyib. Üstəlik, Paşinyanın kabineti, ardıcıl fəaliyyəti ilə Ermənistan-Amerika əməkdaşlığının ən pis və əlverişsiz mərhələsinin şahidi oldu. Dövlətlərarası münasibətlər heç vaxt belə soyuq və qeyri-müəyyən olmayıb.
Bunu, Ermənistan hökumətinin ən böyük məğlubiyyətlərindən biri hesab etmək olar. Son iki ildə Vaşinqtonla konstruktiv dialoqa başlamaq üçün faktiki olaraq heç bir iş görülməyib. Üstəlik, Paşinyanın kabineti, ardıcıl fəaliyyəti ilə Ermənistan-Amerika əməkdaşlığının ən pis və əlverişsiz mərhələsini qeydə alıb. Dövlətlərarası münasibətlər heç vaxt belə soyuq və qeyri-müəyyən olmayıb.
Ermənistanın məğlubiyyəti şübhəsiz ki, Azərbaycanın qələbəsidir. Bu vəziyyətin yaranmasına Azərbaycan lobbi təşkilatları da böyük rol oynayıb. Lakin Ermənistan və ümumilikdə erməni amili öz yerində olsaydı, Azərbaycan lobbisi heç vaxt bu şəkildə irəliləyiş əldə edə bilməzdi”, - deyə Paşoyan bildirib.
O etiraf edir ki, Vaşinqton üçün Azərbaycan həmişə Ermənistana nisbətən daha vacib əhəmiyyəti olub: “Bütün bunlarla yanaşı, bu geosiyasi üstünlük keçmişdə erməni amili olan tarazlıq maneəsi ilə müqavimətlə qarşılaşıb. Tramp prezident olduqdan sonra Azərbaycanın əhəmiyyəti iki dəfə artdı və tarazlaşdırıcı erməni amili isə zəiflədi.
Yəni ABŞ-ın üstünlüyü, Azərbaycan lobbiçiliyinin fəallaşması və erməni amilinin passivləşməsi kontekstində Vaşinqton “iki erməni dövlətinə” ciddi zərbə vuran yeni bir siyasət ortaya qoydu. Bütün bunlarla yanaşı, qürurlu Ermənistan vətəndaşları Konqres tərəfindən erməni soyqırımının tanınmaması qeyri siyasi faktı ilə fəxr edə bilərlər. Paşinyan isə “misli görünməmiş” erməni-amerika münasibətlərinin təbliğat illüziyası kontekstində, əlbəttə ki, hakimiyyətinin ən böyük uğuru kimi təqdim edərək bu nailiyyəti mənimsəyə bilər”.
ABŞ-da bənzər yanaşmanın ən böyük motivi Tramp administrasiyasının Azərbaycanda ciddi maraqlarının olmasıdır. Azərbaycan, Moskva ilə Vaşinqton arasındakı isti bir yarış platforması statusunu əldə edir. Həm ABŞ, həm də Rusiya Bakıda dominant mövqelər qurmaq istəyir və bu istiqamətdə Azərbaycanın xeyrinə bəzi güzəştlər etməyə hazırdırlar. Budur, Vaşinqton ilk güzəştini etdi, bəs ruslar nə etməyə hazırlaşır? Əlbətdə demək çətindir, amma bütün bunların hamısının Ermənistanın hesabına həyata keçəcəyinə şübhə yoxdur.

Aqil Məmmədov