Yardım daha bir milyard artır: Polislərlə bağlı təklif Siyasət

Yardım daha bir milyard artır: Polislərlə bağlı təklif

Prezidentin COVİD-19 pandemiyası səbəbindən elan olunmuş karantinə görə dövlət tərəfindən yardım ediləcək şəxslərin sayını 200 min nəfərdən 600 min nəfərə çatdırması, gələn ay da eyni məbləğdə yardım veriləcəyini bəyan etməsi, fiziki və hüquqi şəxslərə ediləcək yardımın 3.5 milyard manata qədər artırıla biləcəyi barədə açıqlaması hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi məni də məmnun etdi.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışını şərh edərkən deyib.

Q.Həsənquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti ekstremal vəziyyətdə nümayiş etdirdiyi işgüzarlığı, xalqı səfərbər etmək və onunla bir olmaq bacarığı ilə xalqın daha çox rəğbətini qazandı:

“Məhz bu səbəbdən Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğunun nəticələrinə görə onun əhali arasında reytinqi 94,7 faizə qalxıb”.

Millət vəkili koronavirusa qarşı mübarizə aparan tibbi heyətin maaşlarının 5 dəfə artırılması barədə bundan əvvəl qəbul olunmuş qərarı da xüsusi qeyd edərək, təklif də irəli sürüb:

“Təklif edirəm ki, karantin rejiminin həyata keçirilməsini təmin edən, uzun müddətdir gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polis əməkdaşlarının da maaşının ən azı iki dəfə müddətli artırılması məsələsinə baxılsın”.