Turan Uyğarlığı Təşkilatından İmamoğluna sərt etiaz Siyasət

Turan Uyğarlığı Təşkilatından İmamoğluna sərt etiaz

“Üzr istəməsini gözləyirik”

Atatürkün qurduğu və Türk gəncliyinə vəsiyyəti olan Türk Birliyini Cümhuriyyət Xalq Partiyasına xatırladırıq. Partiya içindəki gerçək Atatürkçülərin mövzu ilə bağlı lazım olan addımları atacaqlarına inanırıq”.
Təşkilat funsioneri Ufuk Kamalın “Xalq cəbhəsi”nə bldirdiyinə görə, bu fikirlər Turan Uyğarlığı Təşkilatının başqanı Dərviş Rəcəb Var İstanbul Böyükşəhər Bələdiyə başqanı Əkrəm İmamoğlunun erməni toplumunun Paska bayramını təbrik etməsini yazılı açıqlama ilə etdiyi tənqiddə yer alıb. Turan Uyğarlığı Təşkilatının Turan coğrafyasındakı 40 Türk yurdunda fəaliyyət göstərən qeyri hökumət təşkilatı olduğunu ifadə edən Dərviş Rəcəb Var bildirib ki, Böyük Turan coğrafyasında bütün inanclara mənsub olan soydaşlarımız var: “Uca Yaradanın soruşacağı sualları qul quldan soruşmaz deyir və türk adət-ənənəinə uyğun olaraq insanların inanclarına sayqı duyuruq.
Cənab Əkrəm İmamoğlunun sadəcə Anadoluda yaşayan ermənilərin paska bayramını təbrik etməsi türk dünyasının diqqətini çəkib.
Cənab İmamoğlunun bu böyük yanlışından dolayı iki dövlət bir millət olduğumuz can Azərbaycan türklərinin yaxın tarixtə yaşanmış Xocalı soyqırımında həyatını itirən şəhidlərimizin sümükləri sızlayıb.
Əkrəm İmamoğlunun bu böyük yanlıdan dönməsi və türk toplumundan üzr diləməsini gözləyirik.
Paska sadəcə ermənilərin deyil, ümumilikdə xristian aləminin baytramıdır.
Biz Turan Uyğarlığı Təşkilatı olaraq soydaşlarımız Azərbaycan türklərindən üzr istəyirik və mövuzunu gündəmdə saxlayacağıq”.
Təşkilat funksioneri Ufuk Kamal isə dedi ki, təmsil etdiyi təşklat türk dünyası ilə bağlı heç bir mövzuya loyal yanaşa bilməz və yanaşmayacaq: “Hesab edirik ki, Əkrıəm İmamoğlu ciddi bir səhvə yol verib. Biz ilk öncə CHP-nin bu yanlışı düzəltməsi üçün İmamoğluna xəbərdarlıq etməsini gözləyirik. Biz türk dünyasını təmsil edən bir təşkilat olaraq bu istiqamətdə addımlar atacağıq. Bu günkü səhvlərdən nəticə çıxarılmasa, sabah daha böyük səhvlərin şahidi ola bilərik”

Əli