
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Hikmət Babaoğlu: “Vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır”
“Sosial özünütəcrid hərəkət azadlığının məhdudlaşdırılması deyil tam əksinə, vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır”. Bu fikirləri Milli Məclisin İnsan Hüquqları komitəsiinin iclasında millət vəkili Hikmət Babaoğlu deyib: “Hazırda postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. Ancaq bəzən informasiya platformasında informasiya istehlakçılarının hüquqları ya istismar, ya manipulyasiya edilir. Hazırda ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu, bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir”. Çünki sosial özünütəcrid əsla hərəkət azadlığının məhdudlaşdırılması deyil, tam əksinə, vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Hazırki pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipuliyasiya edilməsi ümumi məafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətlədndirilməlidir. Ona görə də radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı”.