Lavrov: Avropa olmasaydı, Ukraynadakı münaqişə bir il əvvəl bitə bilərdi Gündəm

Lavrov: Avropa olmasaydı, Ukraynadakı münaqişə bir il əvvəl bitə bilərdi

Avropa ABŞ-ni Ankoric razılaşmalarından çəkindirməsəydi, dünya artıq bir ildir ki, Ukraynada müharibə olmadan yaşayırdı.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranının nizamlanmasına həsr olunmuş səfirlərin "dəyirmi masa" iclasında bəyan edib.

"Əgər amerikalılar Ankoricdə keçirilən Rusiya-ABŞ sammitinin razılaşmalarından geri çəkilməsəydilər, Avropa onları bu razılaşmalardan çəkindirməsəydi, biz artıq bir ildir müharibəsiz yaşayırdıq", — deyə o vurğulayıb.

"Bu, aşkar faktdır. Ona görə də nəticələri özünüz çıxarın", — deyə Lavrov qeyd edib.

Məryəm Quliyeva