13:40
427
Təbrizin "Traktor" futbol komandası Asiya Elit Liqasının ilk qarşılaşmasını Birləşmiş Ərəb Əmirliklərinin "Şəbab Əl-Əhli" komandası ilə keçirib.
Gunaz.tv
Oyin sentyabrın 14-ü yerli vaxtla saat 19:30-da Dubay şəhərinin "Şeyx Raşid" stadionunda keçirilib.
Təbriz təmsilçisi ilk qarşılaşmasında 1-0 hesabı ilə məğlub olub.
"Traktor"un baş məşqçisi Cavad Nekunam, məğlubiyyətə baxmayaraq k komandanın yaxşı çıxış etdiyini bildirib:
"Problemlərə və oyunçu çatışmazlığına baxmayaraq, Asiyanın ən yaxşı komandalarından birinə qarşı yaxşı futbol oynadıq və inanıram ki, ən azı heç-heçəyə layiq idik, ancaq əlverişsiz hava şərayiti də buna imkan vermədi".