Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır Dünya

Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır

ABŞ-nin əməlləri İranın nüvə doktrinasında ehtimal olunan dəyişikliyə ictimaiyyətin gözündə tam bəraət qazandıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Məclisin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Həsən Qaşqavi bəyan edib.

"Hər hansı beynəlxalq protokolların olmadığı bir şəraitdə ABŞ bombalanmış nüvə obyektlərinin təftişi üçün İranın əməkdaşlıq etməsini istəyir, lakin qlobal protokolun mövcudluğuna baxmayaraq, vitse-prezident Məhəmməd Eslamiyə MAQATE-nin Baş Konfransının sessiyasında iştirak etmək üçün viza verilməməsi barədə sərəncam verir", — deyə o, "X" sosial şəbəkəsində yazıb. Qaşqavi əlavə edib ki, Vaşinqtonun Tehrana münasibətdə məhz bu cür ziddiyyətli addımları "İranın nüvə doktrinasının dəyişdirilməsini ictimaiyyətin gözündə əsaslı edir".

Məryəm Quliyeva