Musa Qasımlı Sabir Rüstəmxanlıya cavab verdi Siyasət

Musa Qasımlı Sabir Rüstəmxanlıya cavab verdi

“25 il deputatlıq müddətində 25 yetimin qapısını açmayan bir şəxsin seçici, millət, xalq adından danışmağa mənəvi haqqı yoxdur”

“Koronavirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən az itki ilə çıxan və pandemiyadan sonrakı mərhələ üçün uyğun tədbirləri alan, dünyaya örnək olan dövlət cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan Respublikası oldu”. Bunu millət vəkili Musa Qasımlı Milli Məclisdə çıxışı zamanı səsləndirib. O, bildirib ki, həm əhalinin sağlamlığı qorundu, həm sosial məsələlərlə bağlı vacib addımlar atıldı, həm də iqtisadiyyatın gələcək planları üçün konkret planlar müəyyənləşdirildi: “Eyni zamanda cənab Prezidentimiz indiyə qədər olduğu kimi təkcə ölkə tarixində deyil, eyni zamanda beynəlxalq münasibətlər, dünya tarixində bir ilkə imza atdı. Azərbaycanı sədrıliyi ilə “Qoşulmama Hərəkatı”na daxil olan ölkələrin videokonfrans formatında keçirilən Zirvə görüşü bir daha göstədi ki, ölkəmizin təcrübəsindən öyrəniləsi çox şey var.
İkincisi ölkəmiz üçün ağır sınaq şəraitində özlərinin iyrənc hərəkətləri ilə dövlətimizin nüfuzuna bilərəkdən və ya naşılıqdan xələl gətirən bəzi vəzifəli şəxslərin hərəkətlərinə qarşı dövlət quurmlarının atdığı addımlar bəyənilir və bu iş davam etdirilməlidir. Digər icra başçıları, nazirlər və məmurlar bundan dərs almalıdırlar.
Üçüncüsü, yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə oturub siyasi alver məqsədi ilə istifadə edənlər ölkə səviyyəsində və yerli səviyyədə dövlətimizin gördüyü tədbirləri, yardım kampaniyasını heç bir əsas olmadan gözdən düşürərək, bütövlükdə gələcəkdə bunu hakimiyyətin üzərinə yıxmağa çalışanlar, öz şəxsi maraqları və haqq-hesabları naminə dövlətin ümumi siyasətinin üstünə kölgə salanlar bilməlidirlər ki, Azərbaycanda dövlət hər şeyi görür. Qədimdə deyərdilər: “dövlət görür”. Amma indi dövlət həm görür, həm eşidir, həm yazır, həm şəklini çəkir, həm də oxuyur. Hesab edirəm ki, dövlət orqanlarının üzərinə qətiyyən kölgə salmaq olmaz. Birmənalı şəkildə bildirmək istəyirəm ki, yardım kampaniyasının şəffaf, ədalətli, halallıqla təşkil edildiyi rayonlardan biri Yardımlı rayonudur və buna görə də, seçicilərim adından Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Təkcə fond tərəfindən deyil, Həmkarlatr İttifaqı Konfederasiyası, icra hakimiyyəti və digər qurumlar tərəfindən yardım edilib və yardımlar konkret olaraq hər bir ünvana çatdırılıb”.
Digər məsələ barədə də çıxış edən millət vəkili daha sonra “nəşrlərin beynəlxalq mübadiləsinə dair YUNESKO-nun konvensiyasına Azərbaycan Dövlətinin qoşulmasına dair cənab Prezidentimizin imzası ilə qanun layihəsinin lehinə səs verəcəyəm”, - deyə bildirib: “Hesab edirəm ki, bu konvensiyaya qoşulmaqla biz əhəmiyyətli bir addım atırıq. Ölkəmizin bir sıra məsələləri həll etməsinə şərait yaranır. Məlumat üçün bildirim ki, 70-ci illərdə Azərbaycan dünyanın 100-dən çox ölkəsi ilə kitab mübadiləsi edirdi. Lakin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində nəşriyyat işi ölkədə gedən bütün proseslər fonunda geriyə getdi, iflasa uğradı və bizim ədəbiyyatımız dünya kitabxanalarına gedə bilmədi. Bu işlə məşğul olanlar tamamilə başqa məqsədlərlə məşğul olmağa başladılar. Bunun ən çox ziyanı Azərbaycana dəydi. Çünki Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasının ən vacib yollarından biri bağlanmış oldu. Hansı ki, bunu sovet dövründə məlum qurum həyata keçirirdi. Bu həyata keçirilmədi. Bu yolun açılmasında ilk addım heç bir mübaliğəyə yol vermədən demək lazımdır ki, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın sayəsində təşklatla əməkldaşlığın genişləndiriıməsi nəticəsində atıldı. Azərbaycan mədəniyyəti dünyada daha geniş təbliğ olunmağa başladı. Konvensiyaya qoşulmaqla ölkəmizdə nəşr olunan konvensiya xarakteri daşımayan kitab, jurnal və qəzetlərin xarici ölkələrin kitabxanalarına və elm mərkəzlərinə göndərilməsi imkanı yaranacaq. Xüsusən elektron kitab sistemi inkişaf edəcək. Məşhur kitabxanaların kataloqlarına Azərbaycan kitabları daxil ediləcək. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, bütövlükdə Azərbaycan haqqında həqiqətlər dünyaya yayılacaq. Eyni zamanda xaricdə Azərbaycan üzrə tədqiqat aparan azərbaycanşünas alimlərin işinə yarayacaq. Konvensiyaya qoşulmaq həmçinin ölkəmizdə nəşriyyatların da işlinə təsir edəcək, onlar nəşrlərini beynəlxalq standartlara uyğun buraxmalı olacaqlar”.
Millət vəkili həmçinin əlavə edib: “Bununıla rabər hörmətli xanım sədr, bir məsələni mən xüsusilə qeyd etmək istəyirəm. Korrupsiya Qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti və başqa müvafiq orqanlarının diqqətini bu məsələyə yönəltmək istəyirəm. Biz, bu konvensiyaya qoşuluruq, bu çox yaxşıdır. Amma bu gün Azərbaycanda bəzi nəşriyyatlar beynəlxalq müəlliflik hüququnu pozaraq piratçılıqla kitabları nəşr edir və bazara çıxarırlar. Bu konvensiyaya qoşulandan sonra bizə qarşı müəyyən ittihamların da səsləndirildiyini biz indidən görməliyik. Ona görə də mən hesab edirəm ki, müvafiq qurumlar həmin nəşriyyatların da fəaliyyətinə diqqət yetirməlidirlər”.
Millət vəkili həmçinin deputat Sabir Rüstəmxanlının səsləndirdiyi ittihamlara da cavab verib: “Sonda bir məsələyə münasibət bildirməyi də özümə borc bilirəm. 25 il deputatlıq müddətində 25 yetimin qapısını açmayan bir şəxsin seçici, millət, xalq adından danışmağa mənəvi haqqı yoxdur”.