Hikmət Hacıyev: “BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi iclasının keçirilməsi təklifi qlobal məsuliyyətin bir formasıdır” Siyasət

Hikmət Hacıyev: “BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi iclasının keçirilməsi təklifi qlobal məsuliyyətin bir formasıdır”

“Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə Prezidentimiz BMT Baş Assambleyasının koronavirusla (COVİD-19) mübarizəyə həsr olunmuş xüsusi iclasının keçirilməsini təklif edib”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bu istiqamətdə addımlar atılmaqdadır: “Azərbaycanın bu təşəbbüsü qlobal məsuliyyətin bir formasıdır. İndi multkulturalizmə böyük ehtiyac var. Prezidentin təşəbbüsləri də məhz bu amala, bu məqsədə xidmət edir”.