“Proseslər yeni savaşı tətikləyir” Siyasət

“Proseslər yeni savaşı tətikləyir”

Məhəmməd Əsədullazadə: “Ermənistanın hazırkı siyasəti buna doğru aparır”

“Ermənistan cəbhə bölgəsində atəşkəsdən istifadə edərək Qarabağa üçüncü yol çəkir. Ermənistanın Qafqan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Araz boyu ərazilərin məskunlaşmasına hesablanıb. Minsk qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığını göstərir. Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll varinatı qəbul etmir və özünün şərtləri var. Belə olan təqdirdə Ermənistan işğal olunmuş ərazilərdə məskunlaşdırmanı davam etdirəcək”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Ekspert əlavə edib ki, Ermənistan ümumiyyətlə, Minsk qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etməsinə zəmin yaradır: “Danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır. Qafan - Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır.
Aparaılan danışıqlar heç bir nəticə vermir. Rusiya prosesi dondurub. Baxmayaraq ki, ötən həftə Rusiya XİN-nin elan etdiyi "Qarabağ münaqişəsi uzun çəkdi"açıqlaması, əsasən manipulyasiyaya xidmət edir.
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Tərtərdə verdiyi mesajlar Ermənisatanda və qondarma rejimdə müharibəyə hazırlıq kimi xaraketirzə edilərək, narahatlıq doğurdu. Bundan əlavə, Azərbaycanın mütəmadi hərbi təlimləri, yeni silahlar əldə etməsi Ermənistanda ciddi şəkildə təhdid kimi qəbul olunur. Əlbəttə ki, proseslər yeni savaşı tətikləyir. Ermənistanın hazırkı siyasəti buna doğru aparır. Bundan sonra nəticə çıxaran dövlət məhz işğalçı ölkə olmalıdır...”.