“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
19 İyun 2020 14:35
3 353
"İsraildə Azərbaycan səfirliyi açılmalıdır". Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Son aylarda Ermənistan hakimiyyətinin İsraildə səfirlik açması istiqamətində müəyyən işləri görməsi müşahidə olunur. İsrailin Azərbaycana olan isti münasibətu, hərbi sahədə əməkdaşlığı Ermənistanı qıcıqlandırmaya bilməz. Ona görə Ermənistan İsraildə səfirlik açmaqla Azərbaycan-İsrail əməkdaşlığına mane olmaq istəyir. Azərbaycan da İsraildə səfirliyin açılması məsələsini müəyyən səbəblərə görə uzadır. Baxmayaraq ki, İsrailin Azərbaycanda səfirliyi var.
ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalara zidd olduğunu qeyd edib:“Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Təl-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədir. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə gətirib çıxaracaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.
Fuad Əliyev hesab edir ki, İsrail prezidentinin dövlət başçısı İlham Əliyevə ünvanlandığı məktub da səfirliyin açılmasına təkan verə bilər:
“Məktubda İsrail prezidenti qeyd edib ki, gələn il Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. Və bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.
2 Noyabr 18:46
1 162
2 Noyabr 11:24
1 337
1 Noyabr 17:13
1 771