Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılır
Milli Məclis əməyin təhlükəsizliyinə dair Konvensiyanı ratifikasiya edib
18 İyul 2020 11:59
1 995
Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir.
Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycan öz dəstəklərini ifadə edirlər.
Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayrağı tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildirirlər.
Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyini qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.
