Ceyhun Bayramov Gürcüstana başsağlığı verib Siyasət

Ceyhun Bayramov Gürcüstana başsağlığı verib

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanda baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.

Nazir bunu öz "Twitter" səhifəsində yazıb.

Başsağlığında deyilir: "Gürcüstanın Duşeti bələdiyyəsində Şatili şosesində baş vermiş faciəvi yol qəzasında həlak olanların yaxınlarına başsağlığımı bildirirəm, xəsarət alanların qısa zamanda sağalmasını arzulayıram. Bizim dəstəyimiz və həmrəyliyimiz dost Gürcüstan xalqı ilədir".