Ermənistanın törətdiyi əməllər bəşəriyyət əleyhinə cinayətdir - ICESCO-nun baş direktoru Siyasət

Ermənistanın törətdiyi əməllər bəşəriyyət əleyhinə cinayətdir - ICESCO-nun baş direktoru

Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik və əvvəllər heç vaxt görmədiyimiz bir faciəni gördük.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevlə bu gün baş tutan görüş zamanı bildirib. O qeyd edib ki, bu, bəşəriyyət əleyhinə cinayətdir:

"Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq. Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı".