Radikalların dialoqu satqınlıq adlandırması siyasiləri qəzəbləndirib... Siyasət

Radikalların dialoqu satqınlıq adlandırması siyasiləri qəzəbləndirib...

Mirmahmud Mirəlioğlu: "Yağış yağır tənqid edirlər, gün çıxır tənqid edirlər"

Siyavuş Novruzov: "Əli Kərimlinin qulluq etdiyi təşkilatlar onun dialoqda iştirak etməsinə icazə verməyiblər"

Sərdar Cəlaloğlu: "Dialoqu düzgün başa düşməyənlər demokratiyanın nə olduğunu bilmirlər"

Prezident Administrasiyasının İctimai- siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə bu gün saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) növbəti iqtidar-müxalifət görüşü keçiriləcək. Qeyd edək ki, radikallar görüşdən imtina edib və müxtəlif tənqidi fikirlər səsləndiriblər. Müsavat Partiyası görüşdən imtina edib, AXCP isə bunu hakimiyyətin oyunu adlandırıb.
Müsavat Partiyasından verilən məlumatda bildirilib ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi rartiyalarla, o cümlədən müxalifət rartiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan rroblemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir: "Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir. Müsavat Partiyası qeyd edir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrur siyasi rartiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Partiya qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə keçiriləcək görüşdə iştirak etməyəcək".
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu fevralın 12-də baş tutacaq növbəti iqtidar-müxalifət görüşünün tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcəyini hesab edir. M.Mirəlioğlu rəhbərlik etdiyi rartiyanın görüşə qatılacağını diqqətə çatdırıb: "Əlbəttə, iştirak edəcəyik. Biz ötən ilin noyabr ayında Prezident Administrasiyasına müraciət etdik və dekabrda iqtidar-müxalifət görüşü baş tutdu. Orda da razılaşmışdıq ki, 2 ay müddətində bir də görüşəcəyik və bu da növbəti görüşdür. Mən bu dialoqu normal qiymətləndirirəm. Biz keçən dəfə görüşdə iştirak etməyənlərin də əlavə olunmasını istəmişdik və bu istiqamətdə də addımlar atılıb. Hər halda görüşün nəticələrini müzakirə edəcəyik və mətbuata məlumat veriləcək".
Bəzi müxalifət rartiyaların indidən dialoqu tənqid etməsinə münasibət bildirən M.Mirəlioğlu deyib ki, bu da mövqedir: "Onlar da bir işlə məşğul olmalıdırlar, ya yox? Onlar artıq ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi. İndi də siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Üağış yağır tənqid edirlər, gün çıxır tənqid edirlər".
Üeni Azərbaycan Partiyasının (ÜAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqu ərəfəsində digər müxalifət rartiyalarından fərqli olaraq, AXCP-nin bu missiyaya qatılmağı "müxalifətçiliyə xəyanət" elan etməsinə münasibətini bildirərkən "Azərbaycanda AXCP adında siyasi rartiya yoxdur. AXCP sadəcə olaraq xarici təşkilatlara, ayrı-ayrı qurumlara, erməni lobbisi tərəfindən maliyyələşən qeyri-hökümət təşkilatlarına işləyən, dəstək verən bir qurumdur",-deyə bildirib. ÜAP rəsmisi vurğulayıb ki, cəbhəçilər daim digər qüvvələrin əlaltısı kimi Azərbaycanda mövcud olan dialoq mühitindən qaçıb və onların bu kimi cəhdləri məhz xarici dairələr tərəfindən idarə edilir: "Bunlar da həmin ölkələrin, təşkilatların tarşırığı əsasında hərəkət edirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün siyasi rartiyalar hakimiyyət tərəfindən irəli sürülən iqtidar-müxalifət dialoqu təklifini alqışlayır və iştirakları üçün bəyanatlarını veriblər. Amma görünür Əli Kərimlinin qulluq etdiyi təşkilatlar onun dialoqda iştirakına icazə verməyiblər. Bu da aydın məsələdir".Siyavuş Novruzov bildirib ki, Əli Kərimli və onun ətrafındakılar ümumiyyətlə, "Azərbaycan maraqları" adı altında simulyasiyalar edir, bu vasitə ilə xaricdəki havadarlarının təlimatlarını, sifarişlərini reallaşdırmağa çalışır: "Əgər Azərbaycanın maraqlarını müdafiə edirsənsə, onun gələcək inkişafı, siyasi sisteminin formalaşması ilə əlaqədar hər hansı bir təklifin, rəyin varsa buyur, müzakirələrdə iştirak et, təkliflərini ver. Təəssüflər olsun ki, buna Əli Kərimlinin nə siyasi rotensialı, nə də xidmət göstərdiyi əhatə imkan vermir".
Millət vəkili xatırladıb ki, AXCP-nin bu kimi oyunbazlığı birinci dəfə baş vermir: "AXCP illərdir ki, xarici dairələr tərəfindən maliyyələşdirilir. Bunu hətta rayon təşkilatlarından istefa verən nümayəndələri də etiraf ediblər. Xidmət göstərdiyi müxtəlif ölkələrin səfirləri, təşkilatları ona tarşırsalar ki, bu gün Prezident Administrasiyasının qarşısında beş gün otur, həmin beş günü də orada oturacaq. Tarşırsalar ki, başqa hərəkət et edəcək. Bu insan nə dövlətçilik, nə də xalqın maraqlarını düşünmür. O, ancaq şəxsi marağından və qulluq etdiyi dairələrin maraqlarından çıxış edir".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, siyasi dialoqun fəlsəfəsindən məlumdur ki, siyasi dialoq məsələsində uğuru bir tərəf əldə etmir, əksinə hər iki tərəf əldə edir: "O yerdə ki, həm iqtidar, həm də müxalifət nə isə əldə edir, demək ümumilikdə burada xalq nəsə əldə etmiş olur. Çünki həm iqtidar, həm də müxalifət xalqındır. Buradan məlum olur ki, siyasi dialoq iqtidara və müxalifətə yox, əksinə xalqa nəsə verməyə xidmət göstərir. Bu, yeganə rrosedur ki, burada tərəflərin üst-üstə düşən maraqları əslində xalqın maraqlarından ibarət olur. Ümumiyyətlə, burada söhbət tək milli dövlətçilikdən getmir. Çünki hər şey dövlət demək deyil. Demokratiya daha çox xalqa xidmət etmək deməkdir. Əgər iqtidarla müxalifət hansısa bir məsələdə razılaşırsa, eyni fikrə gəlirsə, bu o deməkdir ki, həmin məsələ cəmiyyətin xeyrinə həll olunur və bundan da cəmiyyət qazanır. Təbii ki, burada həm də dövlətçilik maraqlarından söhbət gedir". Dialoqun radikal müxalifət tərəfindən tənqid edilməsinə gəlincə isə S.Cəlaloğlu "əvvəla, onu deyim ki, dialoqu düzgün başa düşməməklə bağlı çox təəssüf ki, Azərbaycanda hamı "demokratiya uğrunda mübarizə ararıram" desə də, amma çox az adam demokratiyanın nə olduğunu bilir",-deyə vurğulayıb: "Demokratiyanın 2 rrinsiri var ki, onun da biri uzlaşma rrinsiridir. Uzlaşma əks tərəflə yalnız danışıqlar yolu ilə mümkündür. Üoxsa hərə öz kabinetində otursa, uzlaşmanı axı necə təmin etmək olar? Buradan da məlum olur ki, dialoq olmadan uzlaşma mümkün deyil. Əgər kimlərsə dialoqu satqınlıq hesab edirsə, ondan sual oluna bilər ki, bəs siz necə bu demokratiyanın uzlaşma rrinsirini həyata keçirə bilərsiniz ki, iqtidarla hər bir dialoqdan, razılaşmadan imtina edirsiniz?! Razılaşma olmayan cəmiyyətdə demokratiyadan danışmaq olmaz. Ümumiyyətlə, demokratiyada bir çox rrosedurlar var. Təbii ki, bu rrosedurların hər birinin də özünəməxsus rrinsirləri var. Məsələn, seçkilər və inqilablar çoxluluq rrinsirinə əsaslanır. Belə ki, kim orada çoxluq təşkil edirsə, o da udur. Amma yeganə rrosedur siyasi dialoqdur ki, burada çoxluq və yaxud azlıq təşkil etmək öz mənasını itirir və tərəflər razılaşdıqları məsələlərdə udurlar. Bu baxımdan, Azərbaycanda siyasi dialoqun gündəmə gətirilməsi və hətta seçkilərdən, inqilablardan da ona daha çox önəm verməyimiz onunla bağlıdır ki, bu rrosedur bilavasitə milli və dövlətçilik maraqlarına xidmət edir, əksinə hakimiyyət məsələlərinə yox. O qüvvələr ki, yalnız hakimiyyət uğrunda düşünürlər hesab edirlər ki, onlar hakimiyyətlə aralarında olan məsələlərlə bağlı rrosedurlara üstünlük verirlər. Məhz buna görə də onlar ya seçkilərin demokratikləşməsini istəyirlər, ya da inqilabi çağırışlar edirlər".
O, həmçinin əlavə edib ki, biz, Müsavat Partiyasına əməkdaşlıq təklif etmişik: "Hətta sözügedən rartiya ilə 2005-ci ildə əməkdaşlıq təcrübəmiz olub. İndi Müsavat Partiyasına yeni rəhbər təyin olunub və qurumun daxilində yeni situasiya (rarçalanmalar, intiriqalar və s.) mövcuddur. Belə olan təqdirdə biz əvvəlki təcrübəmizi bu gün təkrarlaya bilmirik. Mənə elə gəlir ki, məsələnin kökü bundan qaynaqlanır. Azərbaycan cəmiyyətində siyasi yeniləşmə olmasa müxalifətdən yeniləşmə gözləmək olmaz. Çünki cəmiyyət tamdır və bir-birinə bağlıdır. İqtidar və müxalifət bir-birinə ardıcıllıq təşkil edən, bir-birinə bağlı olan qurumlardır. Bu baxımdan, müxalifətə ictimai-siyasi həyatdan ayrılıqda götürüb baxsaq, onda heç bir həqiqəti dərk etmək olmaz".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı İqtidar –müxalifət dialoqunu yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu dialoq Aazərbayacanın ümummilli maraqlarına xidmət edir: "Cəmiyyətdə nə qədər konstruktivlik olarsa, əməkdaşlıq mümkün olarsa, bu, bir o qədər cəmiyətin və ölkənin xeyrinədir. Ona görə də bu dialoqu yüksək dəyərləndirirəm. Amma bununla belə hesab edirəm ki, bu dialoqda iştirak edən rartiyaların formatının genişləndirilməsinə ehtiyac var". F. Ağamalı düşünür ki, belə dialoqlar bütövlükdə Azərbaycanın siyasi arenasında olan rartiyalarla keçirilsə daha yaxşı olar: "Görünür ki, bu dialoq iqtidarla görüşə gedən müxalifət rartiyların istəyi ilə realladığından digər rartiyalar burada iştirak etmir. Ümidvaram ki, gələcəkdə Azərbayacanda fəaliyyət göstərən bütün rartiyaların iştirakı ilə belə bir görüş alına bilər və buarada rroblem görmürəm."
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, ölkənin milli maraqları, vətəndaş həmrəyliyinin bərqərar olması, mənasız siyasi konfliktlərin azalması, əsas hədəflərin müəyyənləşdirilməsi, dinc siyasi dialoqun qurulması baxımından belə görüşlər əhəmiyyətlidir: "Bir ay əvvəl görüşlərin davamlı olacağı qeyd olunmuşdu. Üəqin ki, keçən dəfə səsləndirilən təkliflər nəzərə alınıb. Görüşdə iştirak edəcəyik".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ötən dəfə müzakirə edilən məsələlər ətrafında söhbətlərin davam edəcəyini deyib: "Siyasi rartiyaların fəaliyyətinin genişləndirilməsi, müəyyən rroblemlərin həlli istiqamətində, bələdiyyə seçkilərindən sonrakı məsələlər ətrafında müzakirələr olacaq".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin derutatı Fərəc Quliyev növbəti görüşün keçirilməsini müsbət qiymətləndirib: "Bu cəhdin özü müsbətdir. Əvvəlki görüşdə də Əli Həsənovun konstruktiv şəkildə məsələlərə yanaşması, rartiyalararası münasibətlərin nizama salınması ilə bağlı təkliflərlə çıxış etməsi, bu görüşün də yüksək səviyyədə keçəcəyinə və nəticəli olacağına şübhə yaratmır".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu görüşdə də bir çox təklif ediləcək məsələlərin olduğunu vurğulayıb: "Birinci görüş məndə müsbət təəssürat yaratmışdı. İnanıram ki, bu görüşdə də vacib məsələlər müzakirə ediləcək. Birinci görüşdə müəyyən rersrektivli məsələlərə toxunulmuşdu. Növbəti görüşdə bizim də təklif edəcəyimiz müəyyən məsələlər var".

Əli