Viktoriya Nuland Bakıya gəlir Siyasət

Viktoriya Nuland Bakıya gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın bu gün Azərbaycana səfəri başlayır.
ABŞ Dövlət Departamentindən APA-ya verilən məlumata görə, Nuland Bakıda bir sıra rəsmilərlə görüşəcək, ikitərəfli münasibətlər, investisiya, enerji diversifikasiyası, Dağlıq Qarabağmünaqişəsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya, vətəndaş cəmiyyəti və bir sıra başqa mühüm məsələlər ətrafında müzakirələr aparacaq.
Vaşinqton rəsmisinin Bakıda bir sıra QHT nümayəndəsi ilə görüşü də planlaşdırılıb.
Viktoria Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək.
Məlumatda o da qeyd edilib ki, Nulandın Cənubi Qafqaz səfəri zamanı bölgədəki münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzularından olacaq.