Millət vəkilindən növbəti Qarabağ çağırışı Siyasət

Millət vəkilindən növbəti Qarabağ çağırışı

Qənirə Paşayeva: "Erməni yalanların qarşısının alınmasının tək bir yolu birlikdə mübarizəmizi daha da gücləndirməkdir"

Milli Məclisin deputatı Qənirə Paşayeva Antalyada Dağlıq Qarabağ problem, Xocalı Soyqırımı ilə bağlı geniş məruzə edib və çağırış səsləndirib. Qənirə Paşayeva Antalyada Qarabağ problemi, Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib və dünyanın hər yerindəki türk insanına çağırış edib.
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinə və Antalya Türk Ocaqlarının təşkilatçılığı ilə Antalyanın ən böyük mərkəzlərindən biri Atatürk Kültür mərkəzində yüzlərlə insanın iştirakı ilə keçirilən tədbirdə deputat Q.Paşayeva Azərbaycan türklərinin soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanınXocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib.
Q.Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımının unudulmayacağını bildirib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən deputat bu soyqırımını törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
Deputat XX əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, XX əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.
Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır:
"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır".
Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən Q.Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma "erməni soyqırımı" iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.