“Səbəbkarlar Avropanın xristian dövlətləridir” Siyasət

“Səbəbkarlar Avropanın xristian dövlətləridir”

Teyyub Qənioğlu: "AP-nin qətnaməsi Türkiyəyə və ümumiyyətlə türklərə qarşı yalan və iftira dolu növbəti təzyiq cəhdidir"

Avropa Parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar qərəzli, qızışdırıcı və təhrikedici mahiyyət daşıyan qətnamənin qəbulunda Ermənistanın və erməni lobbisinin müəyyən rol oynadığı şübhəsizdir.
Bunu BayMedia-ya açıqlamasında BAXCP Ali Məclisnin sədri Teyyub Qənioğlu deyib. Teyyub Qənuoğlunun qənaətinə görə artıq hər bir hadisənin öz adı ilə çağrılmasının zamanı yetişib: "Kimə bəlli deyil ki, Rusiyanın əlaltısı olan Ermənistanın bir dövlət kimi dünya çapında heç bir çəkisi və nüfüzü yoxdur. Avropa dövlətlərinin siyasətinin erməni lobbisi tərəfindən müəyyən edildiyini və istiqamətləndirildiyini düşünmək də absurtdur. Avropanın xristian dövlətlərinin Türkiyəyə, ümumiyyətlə türklərə qarşı heç də yaxşı olmayan münasibətləri də məlumdur və bunun qısqnclıqdan, qisasçılıqdan doğan tarixi kökləri vardır. Bu dövlətlər Türkiyəyə, türklərə qarşı apardıqları mübarizədə daim dönük, satqın, faşist təbiətli ermənilərdən istifadə ediblər və edirlər. Bir dəfəlik açıq şəkildə bəyan etmək lazımdır ki, qondarma "erməni soyqrımının" sifarişçiləri və gündəmdə qalmasının əsl səbəbkarları Avropanın xristian dövlətləridir! Ona görə də AP-nin 15 aprel tarixli qətnaməsinin Ermənistanın və erməni lobbisinin təsiri ilə qəbul edildiyini söyləmək əvəzinə, açıq şəkildə bildirmək lazımdır ki, bu qətnamə xristian Avropanın müsəlman Türkiyəyə və ümumiyyətlə türklərə qarşı yalan və iftira dolu növbəti təzyiq cəhdidir! Amma keçməz! Müasir Türkiyə və türk dünyası bu çür iftiralara layiqincə cavab verməyə qadirdir. Türkün səbrini daşırmayın cənablar".