BAXCP-nin yolu... Siyasət

BAXCP-nin yolu...

Arzu Şirinova

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists - AECR) üzvlüyünə namizədliyi qəbul olunub. Bununla bağlı qərar Alyansın Böyük Britaniyada keçirilən illik toplantısında verilib.
Partiyanın Alyansa üzvlük məsləsinə isə noyabrın 14-də Tunisdə keçiriləcək toplantıda baxılacaq. Bu 6 ay sınaq müddətidir və bu müddət ərzində Alyansın təmsilçiləri Bakıya gələcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Bu bir necə cümləlik xəbəri oxuyan hər kəs güman ki, BAXCP-nin bu mərtəbəyə necə yüksəldiyini maraq edir. Bəli, BAXCP yarandığı gündən şərəfli bir yolla irəliləyir. Bu yolda maneələr də olub, qarayaxma kampaniyası da aparılıb, ancaq BAXCP doğru bildiyi yoldan sapmayıb. Və bundan sonra da sapmayacaq...
BAXCP yarandığı tarixdən öz simasını hər zaman qoruyub saxladı və özünü həm də konstruktiv müxalifət kimi təsdiqlədi. Və sübüt etdi ki, bu yol düzgün yoldur. Düzdür, ilk illər bu fikirləri qəbul etməyənlər, bu fikirlərə xor baxanlar oldu. Ancaq zaman keçdikcə BAXCP-nin haqlı olduğu bilindi və BAXCP-nin həmfikirləri çoxaldı. BAXCP istər daxili, istərsə də xarici siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə və Milli Azadlıq Hərakatının lideri, eks prenzident Əbülfəz Elçibəy ideyalarının daşıyıcısı, həm də qoruyucusu olub. BAXCP öz fəaliyyətində milli-mənəvi dəyərləri, dövlətin və millətin maraqlarını hər zaman yüksəkdə tutan bir təşkilatdır. Partiyanın ayrı-ayrı sahələr üzrə iş prinsipinə və apardığı siyasətə diqqət yetirəndə bunun şahidi olursan.


Dağlıq Qarabağ məsələsində


İlk olaraq Azərbaycanın birnömrəli probleminə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həlli yollarında BAXCP-nin mövqeyini qeyd etmək istərdim. Bəzən BAXCP-ni müharibə tərəfdarı kimi təqdim etməyə çalışırlar. Ancaq bu, heç də belə deyil. BAXCP bir təşkilat olaraq hər zaman bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyilə Dağlıq Qarabağ münaqişəsçinin həlli mümkünsüzdür. Çünki sözügedən quruma həmsədrlik edən dövlətlər mnaqişəyə ilk olaraq öz dövlətlərinin maraqlarından yanaşırlar. Həmin maraqlar isə Azərbaycanın lehinə yox, əleyhinədir. Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya hələ də təcaüzkara-Ermənistana öz təpkisini göstərib, qonşu dövlətin ərazilərini işğal etdiyinə görə onu bu və digər formada cəzalandırmayıb. Əksinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanı güzəştə getməyə çağırır, Ermənistana isə yardımlar edir, Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması üçün bütün vasitələrə əl atılır. Məsələn, Dağlıq Qarabağdakı separatçı rejim qondarma seçkilər keçirəndə, müxtəlif yarışlar təşkil edəndə və başqa tədbirlər düzənləyəndə hər üç dövlətin siyasətçiləri belə həmin tədbirlərdə iştirak edirlər. Bütün bunlar isə göstərir ki, həmsədrlərin vasitəçiliyi Dağlıq Qarabağın azad olunmasınıda bir maneədir. BAXCP də bu maneəni aradan qaldırmaq üçün vasitəçilikdən imtinanı birmənalı olaraq bildirir. Eyni zamanda, qeyd edir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri azad etmək istəyirsə, ilk növbədə peşəkar ordu yaratmalıdır. Dövlət büdcəsinin və neftdən gələn vəsaitin xeyli hissəsi bu sahəyə yönəldilməlidir. Və Ermənistana vaxt verilməlidir ki, işğal etdiyi Azərbaycan ərazilərini azad etsin. Həmin vaxt bitəndən sonra isə beynəlxalq hüququn yol verdiyi qaydada güc yoluyla torpaqlarını azad etməlidir. Bu zaman Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar torpaqların müdafiəsinə qalxmalı, öz ambisiyalarını kənara qoyaraq birlik nümayiş etdirməli, lazım gələrsə bir müddət siyasi fəliyyətlərini dondurmalıdırlar. Təki itirilmiş Vətən torpaqları geri qaytarılsın, qaçqın və məcburi köçkünlər doğma yurdlarına dönsünlər.
Qeyd edək ki, BAXCP "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.


Daxili siyasət və sasial məsələlərdə


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan hakimiyyətini apardığı daxili, o cümlədən xarici siyasətlə bağlı hər zaman tənqid edib. Ancaq bu tənqid qərəzli olmayıb, həqiqəti əks etdirib. Məsələn, bildirilib ki, Azərbaycanda demokratiya inkişaf etdirilməli, ölkədə keçirilən seçkilər azad və ədalətli aparılmalı, büdcə vəsaitləri məsrəfsiz qaydada xərclənməməli, qeyri-neft sektorunun inkişafına diqqət yetirilməli, korrupsiya və rüşvətxorluğun qarşısı alınmalıdır. BAXCP eyni zamanda, bütün siyasi təşkilatların marağını özündə əks etdirən və 2007-ci ildə siyasi gündəmi bəzəyən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflərini də hazırlayaraq həm Milli Məclisin, həm də siyasi təşkilatların və ictimai qurumların müzakirəsinə təqdim etdi. Sonra isə dəyirmi masa təşkil edərək, bütün partiyaların nümayəndələrinin fikirlərini dinləməyə və bölüşməyə hazır olduğunu bildirdi. Dəyirmi masaya toplaşanların demək olar ki, hamısı BAXCP-nin təkliflərini dəstəklədiklərini bəyan elədilər. Həmin təkliflərdə qeyd olunurdu ki, parlamentə həm proporsional, həm də mojaritar qaydada seçkilər keçirilsin. Bu zaman cəmiyyətdə siyasi partiyaların rolu artar, demokratik mühitin yaranması sürətlənər. Bunun üçün 2010-cu ildəki parlament seçkilərinin 50 faiz proporsional və 50 faiz majoritar seçki sitemilə keçirilməsi, ancaq 2015-ci il parlament seçkiləri zamanı tamamilə proporsional seçki sisteminin tətbiq olunması təklif olunurdu.
BAXCP-nin təkliflər paketində Hazirlər Kabinetinin səlahiyyətlərinin genişləndirilməsi də başlıca məsələlərdən biri kimi göstərilirdi. Çünki ölkə Konsititusiyasına əsasən, Hazirlər Kabineti yalnız icra səlahiyyətlərinin həyata keçirilməsində təşkilati funksiyaları yerinə yetirir. Ancaq həmin sənədlərdə bildirilir ki, Hazirlər Kabineti Azərbaycan Respublikasının prezidentilə birlikdə icra səlahiyyətlərini həyata keçirən orqandır. Eyni zamanda, Hazirlər Kabinetinin sədri və üzvləri parlament seçkilərində qalib gəlmiş siyasi partiyalar və yaxud siyasi partiyalar bloku tərəfindən formalaşdırılır. Bu da siyasi partiyaların hökumətin formalaşdırılmasında iştirakına, ölkədə koalision hökumətlərin qurulmasına, partiyalararası əməkdaşlığın genişlənməsinə imkan verəcək. Hazırda həm nəzəri, həm də praktik baxımdan 49,99 faiz səs toplamış bir partiyanın hökumətin formalaşdırılmasında iştirakı mümkün deyil. Çünki mütləq həmin siyasi partiyanın nümayəndəsi prezident seçilməlidir. Axı ölkədə hökuməti prezident formalaşdırır. Ancaq parlament seçkilərində vəziyyət dəyişir, bir partiyanın 40 faizdən çox səs toplaması demokratik ölkələrdə çox çətin olur. Ona görə də bir neçə partiyanın birgə hökumət formalaşdırmaq imkanları yaranır və partiyaların hökumət formalaşdırmaq təcrübəsini toplamaq imkanları olur. Bu da həlledici məqamlarda partiyaların bir araya gəlməsini asanlaşdırır.
BAXCP yenə də ənənəsinə sadiq qalaraq 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına əlavələr edilməsinə dair təkliflərini hazırlayaraq ictimaiyyətin müzakirəsinə verdi. Həmin ilin sentyabrında ölkədə fəaliyyət göstərən siyasi təşkilatların, vətəndaş cəmiyyəti üzvlərinin iştirakıyla partiyanın mərkəzi qərargahında hazırlanan sənədin geniş müzakirəsi keçirildi.
Ancaq təəssüflər ki, Azərbaycanın bütün vətəndaşları üçün önəmli olan bir məsələyə laqeyd yanaşıldı. Halbuki, demokratik ölkələrin əksəriyyətində parlamentə seçkilər bu qaydada keçirilir. BAXCP insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına da dəfələrlə öz kəskin etirazını bildirib.
2015-cü il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Sözsüz ki, BAXCP də bu seçkilərdə öz namizədləri ilə iştirak edəcək. Təşkilat ölkədə keçirilən bütün seçkilərlə yanaşı, parlament seçkilərinə də çox böyük önəm verib. Və hər zaman bildirib ki, dünyanın indiki düzənində Azərbaycan bir dövlət olaraq öz nüfuzunu daha da yüksəltmək üçün parlament seçkilərini demokratiyanın tələb etdiyi qaydalara uyğun olaraq keçirməli, hər bir namizədə bərabər şərait yaradılmalıdır. Azərbaycanda demokratik seçkilərin keçirilməsi həm də Dağlıq Qarabağ probeminin həlli yollarını hamarlaşdırar. Və bu münaqişə dövlətimizin, millətimizin maraqları baxımından həll olunar.
BAXCP bəzi siyasi qüvvələrdən fərqli olaraq artıq reallaşmaqda olan Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi üçün Azərbaycan hakimiyyətinin Gürcüstan dövlətinə uzunmüddətli kerditin verilməsini dəstəkləyib və ölkəmizin bu layihədən qazanacağını göstərərək, belə layihələrin bundan sonra da həyata keçirlməsini arzu edib.
BAXCP ölkənin sosial-iqtisadi vəziyyətilə bağlı da hər zaman narahatçılığını ifadə edən bəyanatlar səsləndirib, təşkilatın rəhbəri Qüdrət Həsənquliyev parlament səviyyəsində insanları narahat edən məsələləri qaldıraraq, həlli yollarını göstərib.


Bütöv Azərbaycan uğrunda


BAXCP-nin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri də Güney Azərbaycan və orada yaşayan 35 milyon Azərbaycan türkünün problemləridir. Partiya İranın Güney Azərbaycanda apardığı siyasəti hər zaman tənqid edib və bildirib ki, güneyli soydaşlarımızın öz ana dilində təhsil almaq hüququ təmin olunmalı, hüquq və azadlıqları qorunmalı, tarixi və mədəni abidələri dağıdılmamalı, hüquq və mühafizə orqanlarının soydaşlarımıza qarşı təqib və təzyiqlərinə son qoyulmalıdır. Çox təəssüf ki, bunların əksinin hər gün şahidi oluruq. Güneylilər İran rejiminin despot siyasətinin qurbanlarına çevriliblər. Hər addımbaşı təqib oldunur, zindanlara salınır, dar ağaclarından asılırlar.
BAXCP İranın Azərbaycandan fərqli olaraq Ermənistana göstərdiyi sıcaq münasibətə də etirazını bildirir və hər zaman qeyd edir ki, özünü islam ölkəsi sayan bir dövlət başqa bir müsəlman ölkəsinin haqqının tapdalanmasına laqeyd qalmamalıdır. Həmin dövlətin haqq işini müdafiə edib, yanında olmalıdır. Ancaq İran dövləti təcavüzkar Ermənistana qucaq açıb onun hər bir prolbleminə yardımçı olduğu halda, Azərbaycana arxadan zərbə vurmaqla məşğuldur. Sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə başqa şeylərin şahidi oluruq.
BAXCP Güney Azərbaycanla bağlı məsələdə Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin ideyalarının həyata keçirilməsinə çalışır. Və bu istiqamətdə fəaliyyət göstərir.


Tarixi şəxsiyətlərin qiyməti verilməlidir


BAXCP Şərqdə ilk demokratik Cümhuriyyət yaradan və bütün ömrünü bu işə sərf edən, ailəsindən, Vətənindən didərgin düşən Məhəmməd Əmin Rəsulzadə və onunla çiyin-çiyinə mübarizə aparan digər Cümhuriyyət qurucularına əsil qiymətin verilməsi, onlara şəhərin müxtəlif yerlərində abidələr ucaldılması üçün dəfələrlə təkliflər səsləndirib. Bütün bunlarla yanaşı, BAXCP və onun sədri Qüdrət Həsənquliyev Azərbaycanı erməni vəhşiliyindən qurtaran, Bakını erməni daşnaklarından azad edən Huru Paşaya paytaxtın mərkəzi yerlərindən birində abidə ucaldılmasını da bildirib.
Bəli, BAXCP yarandığı gündən şərəfli bir yolla irəliləyir. Bu yolda maneələr də olub, qarayaxma kampaniyası da aparılıb, ancaq BAXCP doğru bildiyi yoldan sapmayıb. Və bundan sonra da sapmayacaq...