“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
23 Oktyabr 11:19
1 442
İqtisadiyyat naziri Mikayıl Cabbarov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb.
Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.
Görüşdə qeyd edilib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bu ilin yanvar-sentyabr ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır. İkitərəfli əməkdaşlıqda enerji, o cümlədən alternativ enerji, nəqliyyat, İKT, əczaçılıq və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsi imkanları qeyd olunub.
Tərəflər biznes, ticarət və investisiya əlaqələrinin inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrə Estoniya şirkətlərinin iştirak etməsi, özəl sektorda rəqəmsal həllərin tətbiqi sahəsində təcrübə və bilik mübadiləsi imkanlarını dəyərləndiriblər.
8 Dekabr 18:24
1 141
8 Dekabr 16:29
973
8 Dekabr 15:23
1 120