

Aİ, Rusiyaya qarşı sanksiyaların 19-cu raundunda 21 şəxs və 41 təşkilatı qara siyahıya alıb
Rubio Qəzza münaqişəsinin həllinin vaxtından əvvəl olduğuna inanır
Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək
Karib dənizində xəbərdarlıq: Melissanın 3-cü kateqoriya qasırğasına çevriləcəyi gözlənilir
Şuşada hər dəfə abadlıq işlərinin genişləndiyini görürəm.
APA xəbər verir ki, bunu Şuşaya səfər edən Portuqaliyadan olan səyyah Loic Pedras bildirib.
“Mən akademikəm və burada olmağımın səbəbi də məhz budur. Düzünü desəm, bu, Şuşaya artıq üçüncü səfərimdir və gördüklərim məni hər dəfə çox təsirləndirir. Abadlıq işləri olduqca təəssüratlıdır. Fantastik işlər görülür, yerli mədəniyyət nümunələri qorunur. Mən hər dəfə bura gələndə yeni işləri görürəm və bu, doğrudan da heyrətamizdir”, – səyyah qeyd edib.
Loic Pedras əlavə edib ki, Şuşada həyatın normallaşması onu xüsusilə sevindirir: “Şuşa həm də Azərbaycanın mədəniyyət paytaxtıdır. Ən maraqlısı budur ki, baş verənlərdən sonra burada həyat normallaşır. Bu, fantastikdir. Çünki sülh olmadan inkişaf mümkün deyil. Biz indi sülhü və inkişafı görürük”.