
"İsrail ABŞ projesidir"
09:17
Donald Trampı Rusiya-Ukrayna müharibəsinə münasibəti, təbii ki, o, öz ambisiyalarının, şəxsi xüsusiyyətlərinin girovuna çevrilib və "sülh gücü" kimi özünü təqdim etməyə çalışsa da, dünya üçün və xüsusən də Avropa qitəsi üçün Rusiyaya imkanlar yaradır.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, əslində Tramp Rusiya müharibəsinin nəticələrinin fərqindədir. Ancaq, Trampın Ukrayna ilə təbii ehtiyatlarla bağlı müqaviləsinə, Ukraynaya ötürülən silahın dəyərinin ödənilməsinə nail olması ilə bərabər, Rusiyanın Çindən uzaqlaşdırma istəyi Ukraynanın maraqlarını ABŞ üçün əhəmiyyətsiz edib:
"Digər tərəfdən, Trampın keçmişdən Rusiya ilə müəmmalı xüsusi əlaqələri barədə məlumatlar var. Donald Tramp bütün fəaliyyəti nəticə etibarı ilə Rusiyanın əməllərinə müəyyən mənada rəvac verir. Bu baxımdan, Donald Trampın isti münasibətləri olan digər dövlətlər də Rusiya-Ukrayna müharibəsi və onun perspektivlərini, Donald Trampın daim hakimiyyətdə olmaması kontekstindən qiymətləndirilməsini vacibdir.
Əgər Donald Trampın dövründə Rusiya istədiyinə nail olarsa, təbii ki, gələcəkdə də, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, Rusiya təcavüzkar siyasətini davam etdirəcək".
Cavid