“Fənərbağça” Almaniya klubuna, “Samsunspor” Ukrayna təmsilçisinə qarşı İdman

“Fənərbağça” Almaniya klubuna, “Samsunspor” Ukrayna təmsilçisinə qarşı

Türkiyə klubları bu gün avrokuboklarda növbəti oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasında mübarizə aparan “Fənərbağça” III turda Almaniyanın “Ştutqart” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İlk 2 turdan sonra hər iki komandanın 3 xalı var. İstanbul klubu 20-ci, Ştutqart şəhərinin eyniadlı təmsilçisi isə 23-cü pillədə qərarlaşıb.

Konfrans Liqasında çıxış edən “Samsunspor” isə II tur çərçivəsində doğma meydanda Ukraynanın “Dinamo” (Kiyev) kollektivini sınağa çəkəcək. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Hazırda 3 xalı olan Samsun klubu 14-cü sırada yer alıb. Xalı olmayan Kiyev təmsilçisi isə 29-cudur.