

Ötən gecə Rusiya Ukraynaya 130 dronla hücum edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, dronların təxminən 80 ədədi “Şahed” tipli olub.
Ukrayna bu dronların 92-ni zərərsizləşdirə bilib.
Dronların neytrallaşdırılmasında aviasiya, uçuş aparatlarına qarşı raket qüvvələri, elektronik döyüş və insansız sistemlər bölüyü, eləcə də mobil atəş qrupları iştirak edib.
Rusiya dronlarının 25-i isə 11 hədəfi vurub.