

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək
Qanunsuz qumar oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində protokol tərtib edilib
Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox
4 mindən çox şəxs bağça müəllimi üzrə işə qəbul olmaq üçün imtahan verib
“Səfərimin əsas nəticələrindən biri Estoniya hökumətinə Bakıda Estoniyanın təmsilçiliyinin səfirlik səviyyəsinə qaldırılması barədə təklif vermək qərarımdır”.
Bunu Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna APA-ya müsahibəsində deyib.
Nazirin sözlərinə görə, bu addım ikitərəfli əlaqələrdə yeni bir mərhələ olacaq, siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və xalqlar arasında daha sıx təmasların qurulmasına imkan yaradacaq.
“Səfirliyin açılması qərarı bu münasibətlərə olan etimadımızı və əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq istəyimizi əks etdirir. Əlaqələrimizi inkişaf etdirmək üçün yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin sayını artıra, rəqəmsal inkişaf, təhsil və konnektivlik sahəsində əməkdaşlığı dərinləşdirə bilərik. Tərəfdaşlığımızın əsasında qarşılıqlı hörmət, etimad və sülh, əlaqəlilik və innovasiya kimi ortaq maraqlar dayanır”, - o vurğulayıb.
XİN rəhbəri bildirib ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər möhkəm və dostyanadır.
“Estoniya–Azərbaycan münasibətlərinin gələcəyi ümidverici və perspektivlidir. Bakıda Estoniya səfirliyinin açılması tərəfdaşlığımızda yeni bir fəsil açacaq, daha sıx siyasi dialoqa və müxtəlif sahələrdə daha fəal əməkdaşlığa şərait yaradacaq”, - Marqus Tsahkna əlavə edib.