

Oktyabrın 23-də saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.
Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
13.32
Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.
APA-nın Şimal bürosu xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində körpə atomobildə dünyaya gəlib.
Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb.
Ana X.A. həkim nəzarətinə götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.