"Tramp müxtəlif yollarla Putinə vaxt qazandırır" Gündəm

"Tramp müxtəlif yollarla Putinə vaxt qazandırır"

“Trampın Putinlə planlaşdırılan görüşü ləğv etməsi və yenidən Putindən küsməsi artıq tragekomik hal alıb. Tramp danışıqların nəticəsiz olacağına əmin olduğu üçün görüşməyə ehtiyac qalmayıb”.

Bunu Xalqcəbhəsi.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, əsas məsələ bundan sonra nə olacağıdır: “Əgər Tramp Putinin yola gəlməsinin mümkünsüzlüyünə qənaət gətiribsə, məntiqlə Ukraynaya hərtərəfli dəstək verməlidir. Hesab edirəm ki, bu, baş verməyəcək. Bu, Trampın növbəti manevrləridir. Tramp müxtəlif yollarla Putinə vaxt qazandırır. Putin isə ciddi uğur əldə etmək üçün görünən odur ki, son həmləsini edəcək. Ən azı Donbasın bütün ərazisini işğal etməyə çalışacaq ki, dediyi olsun. Hadisələr elə qaranlıq və qəliz məcraya yönəlib ki, konspirasiya nəzəriyyələrinə ehtiyac duyulur. Bu baxımdan proseslərin sonunu barəsində qəti şəkildə fikir bildirmək mümkün olmur".

Cavid