“Politoloji ədəbiyyatlarda konfliktərin həllində QHT-lərin rolu və yeri barədə tez-tez qeyd edilir” Layihə

“Politoloji ədəbiyyatlarda  konfliktərin həllində QHT-lərin rolu və yeri barədə tez-tez qeyd edilir”

Elməddin Hacılı: "QHT-lərin münaqişələrin həlli proseslərində iştirakı yeni dünyagörüşünün əsasını formalaşdırır"

"Əvvəlcə qeyd edək ki, həm Qərb ölkələrində, həm də Azərbaycanda qeyri-hökumət təşkilatlarının hamı tərəfindən qəbul edilmiş qaydada konfliktlərin həllində rolu haqqında vahid fikir yoxdur. Konfliktlərin həllində QHT-lərin rolu və onun iştirak mahiyyətinin qiymətləndirilməsində nəzəri-metodoloji yanaşmalarında ciddi fərqlər mövcuddur. Bildiyiniz kimi konfliktlərin öyrənilməsi ilə məşğul olan konfliktologiya elmi münaqişələrin mahiyyəti, səbəbləri, mərhələləri və iştirakçılarının müəyyən edilməsi, münaqişəli vəziyyətlərin idarə olunması yollarının müəyyən edilməsi, üsullarının axtarılıb tapılması, münaqişələrin əsas formalarının tapılması, özünəməxsusluğunun müəyyən edilməsi ilə məşğul olur". Bunu Vətəndaş Cəmiyyəti Tədqiqatları Mərkəzinin rəhbəri Elməddin Hacılı deyib. Onun sözlərinə görə, son zamanlar politoloji ədəbiyyatlarda konfliktərin həllində QHT-lərin rolu və yeri barədə tez-tez qeyd edilir. Tədqiqatçı-alimlər hesab edirlər ki, QHT-lərin münaqişələrin həlli proseslərində iştirakı yeni dünyagörüşünün əsasını formalaşdırır: "Müasir dövrümüzdə münaqişələr ictimai həyatın bütün sahələrində və inkişafının bütün səviyyələrində mövcuddur. Bu baxımdan həm sosial, həm də siyasi istiqamətlərdə mövcud olan konfliktlər və onların həllindən QHT-lərin yeri və rolu tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.
Konfliktoloji nəzəriyyələrdə sosial konfiliktlər dedikdə ehtiyat uğrunda mübarizə ilə bağlı olan münaqişələr kimi başa düşülür. Onlar insan və təbiətin sərhəddində yaranır, istehsal və istehlak zonasında davam edir.İnsanın insan üzrərində hakimiyyət zonasına keçdikdə bu münaqişələr siyasi münaqişələr çevrilir, ali dəyərlər uğurunda münaqişə isə onları mənəvi münaqişələrə çevririr. Totalitar quruluşlarda münaqişə qəbul olunmur və onun həllinin yeganə yolu ilə isə güc mexanizmindən istifadə etməkdir. Sosial münaqişə nəzəriyyəsinin klassiki G.Zimmel hesab edirdi ki, cəmiyyətdə münaqişələr qaçılmaz və labüddür. Alman sosioloqu Ralf Darendorf isə belə yazır: "Sosial münaqişələr cəmiyyətlərin strukturu əsasında formalaşır, cəmiyyətlər hökmranlıq ittifaqları, ona görə də təşkil olunmuş tərəflər arasında toqquşmanın daima formalaşması etimalı burada çox yüksəkdir". Demokratik cəmiyyətlərdə sosial münaqişələr isə mövcud ziddiyyətlər üzə çıxarmaqla, münaqişə tərəflərin mənafeləri nəzərə alınmaqla,ümumi qərar qəbul etməklə, qanunauyğun və sivil yolla həll edilməsi nəzərdə tutulur.
Tədqiqatçı-alimlər hesab edirlər ki, QHT-lər də demokratik cəmiyyətlərin əsas atributlarından biri olmaqla sosial ziddiyyətlərin vaxtında üzə çıxarmaqla sosial münasibətlərin sabitləşdirilməsində, gələcəkdə baş verə biləcək sosial gərginliyin qarşısının alınmasında cəmiyyəti idarəedən digər sturukturlarla yanaşı iştirak edirlər. QHT-lər sosial konfiliktlərin həllinin və nizamlanmasının fəal iştirakçısı olmaqla eyni zamanda sosial prosesləri stimullaşdırmaqla cəmiyyətə dinamiklik verə bilər, yaradıcılıq və müasirliyi təşviq etməklə isə ictmai tərəqqiyə dəstək göstərmiş olar. Sosial qarşılıqlı münasibətlər, cəmiyyətdə vətəndaşların sosial rolları, sosiallaşma, yaranmaqda olan yeni ailədaxili münasibətlər transformasiya dövrünün ziddiyyətləri və inteqrasiya prosesləri zamanı meydan çıxan konfiliktlərin qarşısının alınmasında QHT-lər mühüm rol oynamalıdırlar. Eyni zamanda bu proseslərdə iştirak QHT-lərin missiyasıdır.
QHT-lər həm də cəmiyyətdə potensial münaqişə ocaqları haqqında bir "beyin mərkəzi" olaraq elmi-nəzəri tədqiqatlar aparmaqla müəyyən edilmiş problemləri qabarda bilər və konfliktlərin həlli yolunu göstərə bilən layihə təkilf edə bilərlər. Cəmiyyətdə bəzən sosial münaqişələrin yaranmasının əsas səbələrindən biri mövcud qanunvericilikdə olan boşluqlardır. QHT-lər də öz növbəsində cəmiyyətlə daha sıx təmasda olduğundan qanunvericilik və onun praktiki tətbiqi arasındakı uyğunsuzluğu,eyni zamanda qanunların bir-birilə ziddiyyət təşkil etməsini tez üzə çıxarda bilər, səlahiyyətli orqanlar qarşısında məsələ qaldıra və mövcud qanunvericiliyin təminləşdirilməsində iştirak edə bilərlər. QHT-lər münaqişə tərəfləri arasında kompromis yaratmağı, həm də cəmiyyətdəki sosial münaqişələrin ədalətli həlli uğrunda çalışmalı və buna nail olmağı bacamalıdırlar".
Onun dediyinə görə, konfliktolji nəzəriyyələrə əsasən siyasi konfliktlər hakimiyyət münasibətləri ilə bağlı siyasi subyektlərin toqquşmasıdır: "Siyasi münaqişənin subyektləri həmişə müəyyən sosial birliyin adından çıxış edirlər. Ayrı-ayrı vətəndaşlar öz mənafe və dəyərlərini müdafiə birliklər,təşkilatlar, institutlar yaradır və beləliklə siyasi münaqişənin subyektinə çevrilirlər. Bu baxımdan vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-ləri də siyasi münaqişələrin bir subyekti kimi qəbul etmək olar. Qeyd etmək lazımdır ki, heç bir siyasi münaqişə insanların fəal, şüurlu, məqsədyönlü fəaliyyəti olmadan yarana,inkişaf edə və nizama salına bilməz. Bu münaqişələrdə ayrı-ayrı fərdlər, dövlətlər, korporasiyalar, etnik, dini və başqa əlamətlər üzrə birləşmiş sosial birliklərlə yanaşı QHT-lər də eyni zamanda siyasi münaqişələrin subyekti kimi iştirak edə bilər. Siyasi münaqişələr öz növbəsində iki qrupa: beynəlxalq və daxili-siyasi münaqişələrə ayrılır. Münaqişə, birincisi onun predmetini hakimiyyətin əldə edilməsi,yenidən bölüşdürülməsi,saxlanması təşkil etdikdə daxili-siyasi, ikincisi, münaqişə tərəfləri arasında qarşıdurma milli-dövlət sərhədlərindən kənara çıxdıqda beynəlxalq siyasi münaqişəyə çevrilir".
Mərkəz rəhbəri bildirib ki, daxili-siyasi münaqişələrin həlli üçün daim cəmiyyətin modernləşdirilməsinə ehtiyac var: "İnkişaf prosesində yaranan ziddiyyət və münaqişələrin həlli vastiəsi kimi cəmiyyətin modernləşməsində QHT-lər də öz potensiallarında aktiv istifadə edərək prosesə öz töhvələrini verməyi bacarmalıdırlar. Bundan başqa icitmai-siyasi sistemdə stabilliyin pozulması və siyasi münaqişələrin yaranması kontrelitanın formalaşmasına təkan verir. Onlar siyasi elitanın tərkibinə düşmədikdə hökumətə qarşı fəallıq göstərirlər. Qeyd edək ki, sözügedən proseslərdən kənarda olmayan, ictmai-siyasi sistemin bir subyekti olan QHT sektorunda formalaşan kontrelitanı da siyasi münaqişələrin həlli üsulu kimi siyasi elitaya inteqrə etmək məqsədəuyğudur.
Konfliktoloji ədəbiyyatlarda münaqişələrin həlli çoxpilləlli bir proses kimi vəziyyətlərin təhlili və qiymətləndirilməsini, münaqişənin həlli üsulunun seçilməsini, hərəkət planının formalaşdırılmasını,onun reallaşdırılmasını, öz hərəkətlərinin səmərəliyinin qiymətləndirilməsini özündə ehtiva edir. Bu proseslərdə vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin potensialından istifadə olunması münaqişələrin həllinə müsbət təsir göstərə bilər. Məlum olduğu kimi, üçüncü tərəfin münaqişənin nizama salınmasında iştirakı onun başa çatdırlmasının nəticəviliyinə təsir göstərən mühüm amildir. Münaqişələrin nizama salınmasında üçün tərəf - mediator ictimai əhəmiyyətli fəaliyyət forması kimi yaranıb formalaşmışdır. Hələ ötən əsrin ortalarından Qərb ölkələrində münaqişələrin həlli üzrə ixtisaslaşmış QHT-lər təsis olunmağa başlamımış və onlar müasir günümüzdə də aktiv fəaliyyət göstərir. Həmin QHT-lərin əsas vəzifəsi yeni mediator metodlarının hazırlanması, habelə danışıqların aparılmasının tədris proqramlarının işlənib hazırlanması və digər istiqamətlərdir. QHT-lər eyni zamanda münaqişələrin nizama salınmasında mediator kimi birbaşa da iştirak edə bilərlər.
Beləliklə QHT-lər demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin bir elementi olaraq sosial,siyasi konfliktlərin həllində və ölkənin tərəqqisi uğrunda mübarizədə daim ön sıralarda olmağı bacarmalıdırlar".
QHT-lər və konfliktlər Azərbaycan Vətəndaş Cəmiyyətinə tanış mövzudur. Çünki Azərbaycan xalqı münaqişələrdən əziyyət çəkən xalqdır. Xattırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qarabağ münaqişəsi ilə bağlı da layihələrə maliyyə verir. "Düşüncə" İctimai Birliyi tərəfindən hazırlanmış "www.dailykarabakh.com" saytı da bu qəbildəndir.
Sayt Qarabağ həqiqətlərini ən müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.

"Düşüncə" İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: "Saytın fəaliyyəti zamanı avropalı ekspertlərin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk edirik və inanıram ki, sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq".

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Qarabağın işğalını bir gün də olsun diqqətdən kənarda qalmamalıdır: "Ölkə başçısının tapşırığına uyğun olaraq Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür".

Əli