Vətəndaş cəmiyyəti institutlarında gizlənən anti-milli qüvvələr Layihə

Vətəndaş cəmiyyəti institutlarında gizlənən anti-milli qüvvələr

"Onun kimi olanların sayəsində ümid yaranır ki, bizim Vətənimizin gələcəyi olacaq". Bu gün Avropada Azərbaycanı satmaqdan zövq alan Leyla Yunus 3 il öncə həbsxanadan yazdığı məktubda belə deyirdi.
O, hansı Vətəndən danışırdı? Bu ilin sentyabrında "France-2" telekanalının jurnalistləri ilə Azərbaycan arasındakı məhkəmə prosesinə Fransadakı ermənilərlə birgə qatılaraq, Azərbaycanın uduzması üçün min oyundan çıxan Leyla Yunus "Vətənimiz" deyəndə reallıqda nəyi, hansı ölkəni nəzərdə tuturdu?!
Bu suallar cavab gözləyir və ən pisi odur ki, bu gün anti-milli fəaliyyətlər "demokratiya" zirehinə bürünərək, "azadlıq mübarizəsi" kimi ad çıxara bilirlər. Leyla və Arif Yunus kimi...
Yunusların fəaliyyəti əslində Azərbaycanda vətəndaş cəmiyyətinin içində kamuflyaj olaraq, dövlətə qarşı fəaliyyət göstərənlərin mövcudluğu haqda xəbərdarlıq hesab oluna bilər. Azərbaycanda uzun illərdir vətəndaş cəmiyyəti institutlarının inkişafı və hüquqi dövlət quruculuğu istiqamətində fəal iş aparılır. Nəticələr kifayət qədər yüksəkdir. Lakin o da faktdır ki, ölkədə hüquqi bərabərlikdən istifadə edən anti-milli düşüncə sahibləri vətəndaş cəmiyyəti institutlarına sızaraq, "hüquq müdafiəçisi" adı altında "demokratiya", "insan haqları" üzərindən dövlətə qarşı fəaliyyətlər göstəriblər. Və bu gün həmin fəaliyyətlərin tam sıradan çıxarıldığını demək çətindir. Leyla və Arif Yunusların fəaliyyəti bu məsələdə təhlükənin ciddiliyindən xəbər verir.
"Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir". Məşhur rus diplomat Qriboyedovun ermənilər haqda dediyi bu sözlər Yunusların uzun illər vətəndaş cəmiyyəti institutlarında gizlənərək, Azərbaycana qarşı apardıqları mübarizə fonunda yada düşür və bu, heç də səbəbsiz deyil. Burada həm də Leyla Yunusun "Vətənimiz" deyəndə hansı ölkəni nəzərdə tutduğu aydınlaşır.
Leyla Yunusun həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz Yunusun anasının erməni olması haqda indiyə qədər bir sıra faktlar ortaya çıxıb. Söhbət Leyla Yunusun qaynanası və Yunusların anası olan Yunusova (Barseqyan) Arsalyus Arsenovadan gedir. Təbii ki, burada "Yunusların anasının erməni olması nə onların seçimi, nə də günahıdır" tezisi önə çıxır. Əslində bunu anlayışla qarşılamaq mümkündür, lakin sənədlərin saxtalaşdırılması hesabına Arsalyus Arsenovanın adının dəyişdirilməsi və Yunusların Azərbaycana qarşı fəaliyyəti məsələnin təkcə bioloji bağlılıqdan ibarət olmadığını göstərir.
Bu günlərdə Afiq Hüseynov adlı şəxsin canlı şahidi olduğu faktları paylaşması diqqət çəkir. Sosial şəbəkədə "Afig Huseynov" adlı profildən yayılan məlumatlarda Yunusların erməni analarının necə azərbaycanlılaşdırdığı qeyd olunur.

Arsalyus Arsenovna Barseqyan necə azərbaycanlı oldu?

Arif və Ramiz Yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur.
Afiq Hüseynov deyir ki, 1988-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulanda Yunuslar ermənilərə açıq dəstək verirdi.
"O vaxt mən Geologiya Komitəsində (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Ramiz Yunus isə Hidrogeologiya idarəsində işləyirdi. Şahmat üzrə dünya çempionu Kasparov Bakıda yaşayarkən Ramiz Yunus özünü onun komandasına soxmağı bacarmışdı və hər yerdə onu müşayiət edirdi. 1988-ci il hadisələri başlayanda Ramiz Yunus Hidrogeologiya idarəsində erməni dilində danışaraq, azərbaycanlıları təhqir edirdi", - deyə o xatırlayır.
1988-ci illərin hadisələrinin davamı olaraq Qarabağda müharibə başladı və ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Bu hadisələr SSRİ-nin dağılma ərəfəsində yaşanırdı, "qırmızıların imperiyası" dağılandan sonra Azərbaycan Xalq Cəbhəsi hökuməti quruldu. Və Yunuslar yüksək postlarda qərarlaşdı.
Arif Yunus: Azərbaycan Prezident Aparatının (indiki Prezident Administrasiyası-red) informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər).
Leyla Yunus: Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər).
Ramiz Yunus: Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri (1992-93-cü illər).
Maraqlıdır, Yunuslar AXC dövründə dövlətin ən mühüm sahəsi olan informasiya sektorunda əsas söz sahibi idi. Xüsusilə Prezident Aparatının və Müdafiə Nazirliyinin bütün informasiyaları onların əlindən keçirdi. Və böyük ehtimalla bu informasiyalar ermənilərə ötürülürmüş. Əslində Qarabağ müharibəsində Leyla Yunusun Müdafiə Nazirliyinin məxfi məlumatlarını ermənilərə sızdırdığına dair informasiyalar da mövcuddur.
Afiq Hüseynovun Ramiz Yunus haqda dedikləri bu kontekstdə diqqət çəkir: "Xalq Cəbhəsi hakimiyyətə gələn kimi Ramiz Yunus Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini təyin edildi. Biz etiraz edəndən sonra onu vəzifəsindən azad etdilər. Lakin İsa Qəmbər onu Milli Məclisin işlər idarəsinin müdiri təyin etdi. Ramiz Yunusun Milli Məclisin stenoqramlarının İrəvandakı dayısına göndərdiyindən əmin idik. Yenidən etiraz etsək də, heç bir nəticəsi olmadı".
Ermənilərlə sıx təmaslar quran bu şəxslərin hakimiyyətin ən mühüm postlarında təmsil olunması birbaşa AXC hökumətinin günahı idi. Lakin onlar güman ki, bu gün də tarixi yanlışlarını anlaya bilmirlər. Əks təqdirdə Yunusları Azərbaycan xalqının "azadlıq mücahidi" kimi qələmə verməzdilər. Burada indiki müxalifət liderlərinin öz səhvlərini anlaya bilməməsi faktoru görünür, amma ortada maraq məsələsinin mövcudluğu da danılmazdır. Yenə keçmişə qayıdaq...
1990-cı ilin 20 yanvarında sovet qoşunu Bakıya girdi və bu gün Şəhidlər Xiyabanında yatan insanları amansızlıqla qətlə yetirdi. Azərbaycan xalqı şəhidlərini torpağa verəndən sonra ölkədə matəm başladı. Matəm başa çatmamış – 1990-cı ilin sentyabrında Tofiq Bəhramov adına stadionda rus müğənnilərin böyük konserti təşkil olunur. Bütün etirazlara baxmayaraq, Ramiz Yunusun təşkilatçılığı ilə keçirilən konsert baş tutur. Və Ramiz Yunus konsertdən əldə etdiyi gəlirin 1 milyon rublunu müxalifət liderlərinə - AXC hökumətini quranlar nəzərdə tutulur - verir. Bu, həm də Yunusların AXC hökumətində informasiya kimi mühüm sektorları ələ keçirməsinin zəmanəti idi.
AXC hökuməti tarixin arxivinə getdi, lakin bu, Yunusların hədəflərindən əl çəkdiyi demək deyildi.
Sonrakı dövrdə Ramiz Yunus ABŞ-a mühacirət etdi və onun "mən erməniyəm, Azərbaycanda yaşamaq həyatım üçün təhlükəlidir" iddiası ilə okeanın o tayından sığınacaq aldığı da şübhəsizdir. Arif və Leyla Yunus isə Azərbaycanda "insan haqları və demokratiya uğrunda mübarizə"yə başlayır. Onların bütün fəaliyyətini incələyəndə bu mübarizənin əsas mahiyyəti aydınlaşır: Azərbaycan hakimiyyətinə bütün cəbhələrdən təzyiq etmək və Qarabağda təslimçi sülhə məcbur etmək.
Detallar bütün yolların eyni hədəfə apardığını sübut edir:
- 1992-ci il-1993-cü illər arasında Yunuslar dövlətin ən mühüm postlarında əyləşərək, erməni xüsusi xidmət orqanlarını lazımi informasiya ilə təmin edirdi...
- 1993-cü ildən sonra Yunuslar ölkənin ictimai-siyasi həyatında müxtəlif statuslarla təmsil olunmağa başladılar. Leyla Yunus "hüquq müdafiəçisi", Arif Yunus isə ekspert. Yunuslar ailəsi bütün fəaliyyətləri boyunca hakimiyyəti hədəfə alaraq, Qarabağda "xalq diplomatiyası"nı dəstəkləyib.
"Xalq diplomatiyası" adı altında Yunuslar ailəsi Laura Baqdasaryan ("Hayastani Anrapetutyun" qəzetinin beynəlxalq icmalçısı, erməni xüsusi xidmət orqanlarının əməkdaşı), "DQR"-in Helsinki Vətəndaş Assambleyasının fəallarından Janna Krikorova, Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryan, "Daşnaksütyun" partiyasının Qarabağ qanadından David İşxanyan və digərləri, Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan və başqaları ilə sıx əlaqə içində olub. Məqsəd Qarabağda Azərbaycanı təslimçi sülhə məcbur etmək idi. Və Yunuslar bunun üçün Azərbaycan hakimiyyətinin ən yüksək pillələrini "insan haqları, demokratiya" adı altında hədəfə alırdılar...
Eyni üslub Qərbdə anti-Azərbaycan şəbəkəsi altında təşkilatlanan erməni lobbisinin fəaliyyətində də müşahidə olunur: Erməni lobbisinin təsirində olan Avropa strukturları Azərbaycan rəhbərliyini "insan haqları" üzərindən sıxışdırır, uzlaşma nöqtəsinə gələndə "Qarabağda təslimçi sülh" əsas şərt olaraq irəli sürülür.
Yunusların və Qərbdəki erməni lobbisinin əsas hədəfi eynidir, əslində onlar birlikdə hərəkət edirdilər.
Məhz "xalq diplomatiyası" adı altında casusluq fəaliyyətlərinə görə, Leyla və Arif Yunus ədalət məhkəməsinin önünə çıxarılaraq həbs olundu. Bu, Leyla Yunusun "Vətənimiz" deyə məktublar yazdığı dövr idi və o, həbsdə olarkən ermənilər "Leyla Barseqyana azadlıq!" deyə ayağa qalxanda hər şey çılpaqlığı ilə ortaya çıxdı: "Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunusu həbs ediblər. Bu nəhəng insan bizim Artsaxın (Dağlıq Qarabağ) azadlığı üçün çox iş görüb. Eybi yoxdur, biz tezliklə Bakını da azad edərik. Onda Leyla da azadlıqda olacaq. O, Artsaxın bütün ordenlərinə layiqdir. Bu, Leylaya görə qisas idi. Azərbaycanlılar, siz Leylanı nə qədər həbsdə saxlasanız, bizim tərəfdən də bir o qədər çox güllə və raket alacaqsınız. Başa düşdünüz?", - deyə erməni bloqer Aram Davidyan yazırdı.
Digər erməni bloqer Sarkis Xaçaturyan isə deyir: "Leylanı nəyə görə həbs etdilər? Ona görə ki, onun damarlarında erməni qanı axır. Biz bütün artsaxlılar Leylaya minnətdarıq ki, o, bizə sülh gətirmək istəyirdi. Leyla Barseqyana azadlıq!".
Hər şey ortadadır, ermənilər də Leyla və Arif Yunusun Ermənistan uğrunda mübarizə apardığını təsdiqləyir və təbii ki, üslub Qərbdəki erməni lobbisi ilə eynidir: Demokratiya!
Artıq o da məlumdur ki, Leyla Yunus həbsxanada "Vətənimiz" deyə yazanda Azərbaycanı yox, Ermənistanı nəzərdə tuturmuş. Bunu biz yox, ermənilər deyir. Və Qriboyedevin ermənilər haqqında məşhur sözləri yenidən yada düşür: "Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir".
Leyla Yunusun həbsxanada özünü alçaldaraq, azad olunmaq üçün hər cür hiyləgərliyə əl atması, ardınca Avropaya gedəndən sonra əri Ariflə Azərbaycana qarşı ermənilərlə birləşməsi eyni xislətin təzahürüdür. Hiyləgərlik, alçaqlıq və əclaflıq: erməniliyin mahiyyəti.

Asif Nərimanlı

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"