Ermənilərin Tiflisdə törətdikləri qırğınlar Layihə

Ermənilərin Tiflisdə törətdikləri qırğınlar

"Ermənilərin nahaq qanlara bais olmaları, qəddarlıqları axırda onların özlərini məhv edəcək"

Erməni xisləti – dönüklüyü, fürsətcilliyi, həmişə müxənnətliyi, bir sözlə, hər cür sifətlə yaşamağı və b. cəhətləri haqqında çox danışılıb. M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında bu haqda ayrıca danışılır: "Əvvəla, bu tayfadan (erməni) sual edirəm ki, bu qədər mərdüməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində və yanıb xarabalığa çevrilməsində səbəb və mətləbiniz nədən ibarətdir? Əgər məqsədiniz padşah və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla, heyhat, ağlasığan şey deyil. Ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunub.
Birincisi budur ki, Allah-təala zalıma iqtidar və ixtiyar verməz. Əgər pişiyə qanad versəydi, quşların toxumunu yer üzündən kəsərdi. Hərgah dəvəyə və filə qanad versəydi, tamam damlar dağılardı. İkincisi, özünüzə məlumdur ki, bundan əvvəl erməni tayfası çox idi. İlan kimi yumşaq, içi zəhəri-həlahil olduğundan, basdığını kəsdiyindən, mürüvvətsizlikdə həddini keçdiyindən və başqa xalqlara rəhm etmədiyindən, o qədər belə insafsızlıq və zülmkarlıqla məşğul olduqlarından hansı millətin əlinə düşürdülərsə, əməllərinə görə onlara layiqli cəza verirdilər.
Bir mötəbər ziyalı mənə danışdı ki, Almaniyanın dövlət xadimi və alimi mənə dedi, ermənilər ki, bu cür yol tutub, çox tezliklə dünyanın üzündən yox olub, onlardan bir əsər-əlamət qalmayacaq...
Siz (ermənilər) Allah-təalaya dua edin ki, sizləri rəhmli və insaflı ürək, xoş niyyət, fitnə-fəsadlardan uzaq, gözəl əməllər qismət edərək, xasiyyətinizi dəyişdirsin və pis əməllərdən çəkindirsin. Bəlkə bu zaman insanlığa layiq sifətlər əldə edərsiz. Yoxsa siz bu vəhşi təbiət və qəddarlıqla, beş-altı şahı banklara toplamaqla, fəqir-füqəranı aldadıb zorla onlardan beş-üç şahı qopardıb cibinizi doldurmaqla, bığınızı burub başınıza papaq qoymaqla və çiyninizə yapıncı salmaqla padşah olmaq mümkün deyil. Nahaq qanlar töküb namərdliklə qəflətən insan məxluqunu öldürüb, burun-qulağını kəsib, başına nal çalmaqla və başqa növ vəhşiliklə böyük olmaq mümkün deyil. Belə qəddar və vəhşi adamlar böyük olmaz, əksinə o, həmişə zəlil və bütün məxluqatın ayaqaltısı olar. Siz xalqınız içərisində əkdiyiniz qəddarlıq toxumunun tezliklə barını görəcəksiniz. Bununla siz başqaları üçün qazdığınız quyuya, yəqin edin ki, özünüz düşəcəksiniz.

Bir ağacın ki, meyvəsi zülm ola,
Bir gün onun gövdəsinə balta çalacaqlar".

Bu yerdə Nəvvab fikrini sübut etmək üçün bir təmsil danışır: "Bir dəvəyə sahibi həmişə duz yükləyib gətirib şəhərdə satarmış. Dəvə duz yükü daşımaqdan çox zəifləyibmiş. Bir gün bir tülkü ona deyir ki, əgər yükünün yüngül olmağını istəyirsənsə, sudan gedəndə bir bəhanə ilə çayın içində yat. Gör onda necə olacaq. Sabahısı gün dəvənin sahibi yenə ona duz yükləyib şəhərə tərəf yola düşdü. Çaydan keçəndə dəvə bəhanə ilə suyun içində yatdı. Duza su dəydiyindən şəhərə gedənə kimi yarı oldu. Yəni, su ilə əriyib yerə töküldü. Sahibi bunu görcək sabahısı gün dəvəyə keçə və yun yüklədi. Dəvə öz hiyləsindən şadlanırdı. Elə ki, gəldilər çayın kənarına, oradan keçərkən dəvə yenə suda yatdı. Keçə və yun islandıqdan sonra ağırlaşdı. Keçə və yunun ağırlığı on batman idisə, su dəyəndən sonra iyirmi batman oldu. Dəvə yükü apara bilmədiyindən yıxıldı. Sahibi dəvəni o qədər vurdu ki, dəvə axırda öldü.
Qərəz, ermənilərin belə nahaq qanlara bais olmaları, qəddarlığa və mürüvvətsizliyə yol vermələri axırda onların özlərini məhv edəcək. Məgər bunların içərisində idraklı, gələcəyi görən və Allahdan qorxanları yoxmudur ki, uzaqgörənlik edib bu fitnəfəsadlara bais olan və özlərinin xeyrindən ötrü ailələri xəsarətə düçar edənlərə öyüd-nəsiyyət verib onları düzgün yola qaytaralar?
Bircə bunlardan sual edən yoxdur ki, ay ermənilər, vilayətdə alış-verişlə məşğul olduğunuz, zavod və karxanalar işlətdiyiniz, pul və malınız əlinizdə, çoxunuz milyonçu olduğunuz halda və bir kimsənin sizə gözünün üstündə qaşın var demədiyi bir vaxtda Qafqaz vilayətinə saldığınız bu fitnə-fəsadlar nə üçündür?
Padşah və böyüklər yanında hörmətiniz olduğu, sözünüz eşidildiyi və xadimələrlə birlikdə gözəl-gözəl imarətləriniz olduğu və fəhlələr qabağınızda səf-səf durduğu halda, bu nə tüğyan idi ki, bu vilayətə saldınız? Bir para cibkəsənlərin sözü ilə özünüzü və əhali-əyallarınızı min dürlü bəlalara düçar edərək, əli qoynunda zar və giryan qoyub, özünüzlə bərabər dünya əhlini də tamam narahat edib, dərdü-qəm dəryasına qərq eləmisiniz.
Ayrı-ayrı şəhərlərdə və kəndlərdə ermənilərin törətdikləri fitnə-fəsadlar nəticəsində nahaq qanlar tökülüb, hesabsız dərəcədə mallar talan və qarət edilib, hesabsız sayda imarətlər, dükanlar, karxanalar yandırılaraq viran edilib, minlərlə kişilər və övrət-uşaqlar öldürülüb və yandırılıb. Bununla da onlar (ermənilər) hesabsız sayda övrətlərin dul və sahibsiz, uşaqların isə yetim, kimsəsiz qalmasına səbəb olublar.
Qu quşu tükündən tikilən mütəkkələrə baş qoyub söykənməyə naz edənlər, şal və tirmə yorğan-döşəklərdə yatmaq istəyən şəxslər indi bir köhnə paltonun içində üryan və zaru-giryan qalıblar. Övrət-uşaqların, tanınmış adamların yuvası dağılıb, evləri və imarətləri tar-mar edilərək yandırıldığından tərki-vətən olub, külfətli və külfətsiz başqa vilayətlərə getməyə məcbur olub və onlardan bir çoxu səfil həyat keçirməyə məcbur olub. Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər?!
Bu qədər zülm və sitəmkarlıq, insafsızlıq və özbaşnalıqla bu əyalətdə bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız. Bəli, o padşahlıq bayrağı ucalarsa, əvvəl onun altına başı-gözü mismarlanmış, burnu-qulağı kəsilmiş, başları daş və çəkiclə əzilmiş, bədənləri zülm odu ilə odlandırılmış şəxslərin övladları gəlib sizdən sorğu-sual edəcək. Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq...
Bir gün mən (M.M.Nəvvab) bazardan keçərkən gördüm ki, xalq yığışıb nəyəsə tamaşa edir. Yaxınlaşıb baxanda gördüm ki, Əbdül adlı bir kişi tələ ilə üç-dörd siçan tutub, yanına da bir şüşə neft qoyub, onların üstünə neft tökərək bir-bir yandırıb buraxır. Siçan od tutan kimi bərk qaçmağa başlayır və o daha da alovlanırdı. Bir az o yan-bu yana qaçdıqdan sonra yıxılıb yanırdı. Mən bunu görəndə əsəbiləşib o kişiyə dedim ki, ay kişi, bu nə insafsız işdir ki, sən tutursan? Allahın məxluquna zülm edərək od tutub yandırırsan? Belə iş etmə ki, Allah-təalaya xoş gəlməz və bu zülmlərin cəzasını tezliklə verər. Siçanları yandıran kişi mənə dedi ki, onlar mənim torbamı deşib zərər vurublar. Mən də gərək əvəzində bunları yandıram. Bundan sonra mən Əbdül kişidən ayrılıb evimə getdim.
Bu əhvalatdan bir neçə gün keçdikdən sonra siçanları yandıran Əbdül kişi bir şəxsə barıt satdığı zaman manqaldan bir qığılcım barıt torbasına düşür. Bir batmana qədər barıtı od düşən kimi gurultu ilə böyük partlayış olub, dükandakı bütün malların hamısını havaya sovurur. Bu partlayışdan Əbdülün özü də od tutaraq siçanlar qaça-qaça yandığı kimi, o da qaça-qaça yanıb həlak oldu. Onunla bərabər iki nəfər də yanmışdı. Lakin onları ölümdən xilas etmək mümkün oldu. Əbdül kişinin həm özü öldü, həm də dükanı ilə bütün malları yanıb məhv oldu.
Qərəz, bu nəsihətamiz sözlərdən məqsəd odur ki, bəlkə erməni tayfasının bir-iki nəfərinin qəlbinə insaf nuru yol tapa, şeytan əməllərinə qulluq edən kəslərə nəsihət verib, onları tutduqları qeyri-bəşəri əməllərdən çəkindirə. Bəlkə bundan sonra gördükləri bu əməllərin peşmançılığını çəkməyələr".
Bu yerdə M.M.Nəvvab 1905-ci ildə Tiflisdə baş verən əhvalatlara diqqət çəkir: "Oktyabr ayında Tiflis şəhərində bayram münasibəti ilə camaat küçələrə gəzintiyə çıxmışdı. Camaat kilsənin yanına çıxanda birdən evlərin pəncərələrindən güllələr yağmağa başladı. Neçə adam bunun nəticəsində öldü və yaralandı. Camaat erməni "Listok" qəzetxanasının yanına çatanda qazetxananın otağından camaatın içərisinə bir bomba atdılar. Bundan başqa gimnaziya tərəfdən də bir bomba atıldı. Camaat "Sobraniya" binasının yanından keçəndə bir bomba da oradan atdılar.
Bu zaman üç rota rus qoşun dəstəsi gəldi və başladı camaatla atışmağa. Bomba atılan evləri gülləbaran etdilər. Nəticədə otuz beş nəfər həlak oldu, on beş nəfər yaralandı. Bu hadisələr cərəyan edən vaxt Batum tərəfdə neçə körpü partladıldı. Qoridə isə qoşun toqquşması oldu. Uzerget uyezdində isə camaat rus kazaklarının üstünə bombalar atdılar. Nəticədə çoxlu kazaklar məhv oldu və yaralandı.
Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Tiflis şəhərində yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz dörd nəfər həlak oldu, səksən bir nəfər yaralandı.
Dekabr ayında erməni tayfası yenə də dinc dura bilməyib, hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstünə hücum çəkdilər. Müsəlmanların bu hücumdan xəbərləri olmadığından ermənilərə layiqli cavab vermək üçün yanlarında silah və sursat yox idi. Əhvalatdan xəbərdar olan gürcülər tüfəng və patronla müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün səngərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gecə-gündüz ermənilərlə atışdılar.
Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri – kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir gecə-gündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar.

Uğur