“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
13 Dekabr 2019 16:49
21 448
Şərqi Azərbaycan Təhsil İdarəsinin rəis müavini təmsil etdiyi əyalətdə məktəblərin əksəriyyətinin münasib vəziyyətdə olmadığını bildirib.
Bu barədə Tahir Ələmi cümə axşamı günü Həştrudda yeni məktəb binasının açılışı mərasimində danışıb.
“Şərqi Azərbaycanda məktəblərin 60 faizində yenidənqurma işləri aparılmalıdır. Əyalətdə baş verən zəlzələ də məktəblərə ağır ziyan vurub. Hesablamalara görə, təbii fəlakət bölgəsində məktəb binalarının təmiri üçün 26 milyard tümən vəsait tələb olunur.”- deyə o bildirib.
Açılış mərasimində iştirak edən Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı Əmin Əminiyan da bölgədə məktəblərlə bağlı problem yaşandığını deyib. O bildirib ki, Həştrudda 159 məktəb var, onlardan 60 faizdən çoxu sökülüb yenidən tikilməlidir.
Şəhər İcra Hakimiyyətinin başçısı Həştrudda hal-hazırda 15 məktəb binasının xeyriyyəçilər tərəfindən tikilməkdə olduğunu bildirib.
Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.
31 Oktyabr 10:42
2 394
31 Oktyabr 10:41
2 352
29 Oktyabr 12:10
3 423