“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
1 İyul 2020 16:19
15 652
Türk dil hüquqları fəalı Rəsul İrəcinin İranın təhlükəsizlik qüvvələri tərəfindən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində nəzarət altına alındığı bildirilir.
Bu haqda Günaz TV məlumat yayıb.
Milli fəal bazar ertəsi günü səhər saatlarında saxlanılıb. AzNews TV-nin xəbərinə istinadən, fəalın yaxınları onun hansı səbəblə tutulub və hazırda harada saxlanıldığını bilmirlər.
İrəci keçən illərdə də iştirak etdiyi milli və mədəni fəaliyyətləri səbəbi ilə dəfələrlə həbs və mühakimə edilib.
O, 2015-ci ilin sentyabr ayında İran Azərbaycanında məktəblərin açılışı zamanı türk dilində təhsil tələbi ilə Xoy şəhərində keçirilən etirazlarlar ilə əlaqədar saxlanılan fəallardan biri idi. AzNews TV-nin xəbərinə görə, İrəci etirazlara qatıldığı üçün “rejimə qarşı təbliğat” fəaliyyəti göstərməkdə ittiham edilərək 3 ay həbs cəzasına məhkum edilmişdi.
Rəsul İrəci həmçinin 2016-cı ilin noyabr ayında Tehran yaxınlığında yerləşən Rey şəhərində Milli Sərdar Səttar Xanın məzarı önündə keçirilən mərasimə qatıldığı zaman nəzarət altına alınmışdı.
23 Yanvar 11:08
1 876
23 Yanvar 11:08
1 890
22 Yanvar 10:42
2 471