Təbrizdə Beynəlxalq Ana Dili Gününü qarşılamağa hazırlaşırlar Güney Azərbaycan

Təbrizdə Beynəlxalq Ana Dili Gününü qarşılamağa hazırlaşırlar

21 fevral Beynəlxalq Ana Dili Günü Güney Azərbaycanın çeşidli bölgələrində tədbirlər, trakt və posterlər yapışdırmaq və b. vasitələrlə qarşılanır.

Bu tədbirlər biridə Təbriz əhalisinin gəzinti və dincəlmək yeri olan Eynalı dağında həyata keçirilib.
Təbrizli mədəni fəallar “13 İsfənd (21 fevral) Dünya Ana Dili Günü”, “Dünya Ana Dili Günü mənim bayrağım”, “türkcə mənim səs bayrağımdır” şüarları yazmaqla bu günü təbrizlilərə xatırladıblar.

Açıklama yok.
Son günlər oxşar aksiyalar Urmu və Tikantəpə şəhərlərində də keçirilib. Bu şəhərlərdə divarlara Ana Dili Günü ilə bağlı müxtəlif poster və traktlar yapışdırılıb. Uşaqlar arasında türkcə əlifba və uşaq kitabları paylanılıb.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Açıklama yok.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Açıklama yok.
Hal-hazırda azərbaycanlı milli-siyasi fəallar Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.

Açıklama yok.

Açıklama yok.

Gunaz.tv