Səid Şirzad bir ilə yaxındır qeyri-müəyyən vəziyyətdə saxlanılır Güney Azərbaycan

Səid Şirzad bir ilə yaxındır qeyri-müəyyən vəziyyətdə saxlanılır

Uşaq haqları müdafiəçisi Səid Şirzadın hüquqi vəziyyəti naməlum olaraq qalır.
Uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan fəal saxlanma müddətinin 12-ci ayını keçirir. Bu müddətdə onun vəkili məhbusun dosyesi ilə tanış olmaq üçün dəfələrə müraciət edib, lakin bütün cəhdlərə baxmayaraq heç bir nəticə əldə edilməyib.
Səid Şirzad isə bu vəziyyətə etiraz olaraq iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib. Buna baxmayaraq hələ də vəkil S.Şirzadın dosyesini mütaliə edib və onunla görüşə bilməyib.
Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.