Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
22 Aprel 2020 15:25
12 019
Belçikadan sonra Niderlandda da mövsümün ləğv edilməsi qərara alınıb.
Niderland Futbol Federasiyası bu barədə qərarı UEFA ilə məsləhətləşdikdən sonra verib.
Bir müddət əvvəl mövsümü yarımçıq ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmamaqla hədələyən qitə futbol qurumu artıq bununla bağlı fikrini də dəyişib. Belçikalıların gələn mövsüm Çempionlar Liqası və Avropa Liqasından kənarda qalma ehtimalını istisna etməyən UEFA koronavirus pandemiyasının yaratdığı problemlərin artdığını görüncə fərqli qrafik cızmağa başlayıb.
Hollandiyada futbol yarışları sentyabra qədər dayandırıldıqdan sonra yerli federasiya bu məsələni UEFA ilə müzakirə edib və bu həftə ərzində çempionatın ləğvi qərarını açıqlayacaq. Qurum isə avrokuboka vəsiqə məsələsində ölkələrdəki son duruma görə qərar verəcək.
Bu isə o deməkdir ki, çempionatı ləğv olunan liqa iştirakçıları gələn mövsüm avrokuboklardan kənarda qalmayacaqlar.
8 Noyabr 17:04
1 344
8 Noyabr 16:35
1 302
8 Noyabr 14:05
1 239