Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub İqtisadiyyat

Azərbaycan nefti 100 dollardan yuxarı ticarət olunub

Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşaraq 101 dollardan aşağı düşüb.

"APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,10% azalaraq 100,90 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 107,46 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.