FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib İdman

FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib

Tərlan

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu tərəfindən 26-30 yanvar 2015-ci il tarixlərində nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 26 komandadan 80-ə yaxın idmançı iştirak etmiş, yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilmişdir. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer almışdır.
Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-in Akademiyası, 3-cü yer isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutmuşdur. Şəxsi hesabda qaliblər belə müəyyən olunmuşdur:
- 1-ci yer - Ayaz Hüseynov ("İzotop" xüsusi kombinatı);
- 2-ci yer - Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi);
- 3-cü yer - Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi).
Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilmişlər.