15 Sentyabr 17:53
08:51
434
Amerikalı hərbçilər İranın zərbələri nəticəsində ABŞ-nin Səudiyyə Ərəbistanı və Küveytdəki bazalarında baş verən dağıntıların kadrlarını CBS telekanalına nümayiş etdiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
"Bazalarımıza Amerika ictimaiyyətinə açıqlanmayan ciddi ziyan dəyib. Biz gözlərimiz bağlı halda dayanmışıq və üzümüzə zərbələr alırıq", — deyə telekanal yerləşmə zonasında olan hərbçilərdən birinin sözlərini sitat gətirir.
Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasından çəkilmiş fotoda Mərminin dəyməsi nəticəsində quyruq hissəsi füzelyajdan qopmuş "Boeing E-3 Sentry" təyyarəsi görünür. Küveytdəki "Kemp-Bürinq" bazasından olan fotoşəkillər isə dağılmış binaları və avtomobilləri nümayiş etdirir.
Bir qədər əvvəl Konqresin Büdcə İdarəsinin hesabatında İranla münaqişənin amerikalılara hər ay 2-3 milyard dollara başa gələcəyi, müharibənin ilk beş ayına artıq 38 milyard dollar xərcləndiyi bildirilmişdi.
Məryəm Quliyeva