Bakıda maşın piyadanı vuraraq öldürüb Hadisə

Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Asəf Cəlilov idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə hərəkətdə olarkən piyada Miryaqub Sadıqovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.