Rusiyanın AŞ-dəki nümayəndəsindən təhlükəli bəyanat Dünya

Rusiyanın AŞ-dəki nümayəndəsindən təhlükəli bəyanat

"Moldova, Ukrayna, keçmiş SSRİ-nin digər respublikaları, habelə Alyaska, Baltikyanı ölkələr, Finlandiya və Polşa Rusiya tərkibinə qayıdacaq"
Moldova, Ukrayna, keçmiş SSRİ-nin digər respublikaları, habelə Alyaska, Baltikyanı ölkələr, Finlandiya və Polşa Rusiya Federasiyasının tərkibinə qayıdacaq.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Facebook" sosial şəbəkəsində Polina Qodoroq adlı şəxslə dialoq zamanı Rusiyanın Avropa Şurasındakı nümayəndəsi Roman Kokorev yazıb.
O qeyd edib ki, hazırda Rusiya öz hərbi gücünü bərpa edir.
"1991-ci ildə dövlət cinayəti nəticəsində Rusiya əsrlər boyu qazandığı torpaqları itirdi. Bu cinayət hələ də davam edir. Lakin qısa zamanda hər şey öz yerinə qayıdacaq", - deyə o vurğulayıb.