Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Türkiyədə seçki bitdi, seçki başlayır

Türkiyədə seçki bitdi, seçki başlayır Dünya

Türkiyədə seçki bitdi, seçki başlayır

Ərdoğanın növbəti hədəfi prezidentlik kürsüsünə çıxmaqdır

Türkiyədə 30 mart bələdiyyə seçkilərinin ümumi nəticələri artıq bəllidir. AKP siyasi səhnədən getməyə hazırlaşmadığını ortaya qoydu. Əksinə Ərdoğan "siyasət balkonu"ndan yaxın planlarını bəyan etdi. Baş nazirin ilk hədəfi əvvəllər də elan etdiyi kimi Türkiyədə "Hizmət hərəkatı"nın kökünü qazmaqdır.
Elə Ərdoğanın özü də Gülən camaatının mənsublarına qarşı yaxında hərəkətə keçəcəyi siqnalını verib: "Qaçanlar qaçdı, bəziləri sabah da qaça bilər".
"Financial Times" qəzeti də seçkidən sonra Gülən camaatına sərt tədbirlərin tətbiq ediləcəyini yazıb. Nəşrin "Ərdoğan seçkilərdə qələbəsini elan etdi" başlığı ilə yayımladığı məqalədə baş nazir Ərdoğanın zəfər elanının düşmənlərinə qarşı qısa müddətdə tədbir alacağı təəssüratı oyandırdığı qeyd edilib.
Qəzet əsas diqqəti Ərdoğanın prezident seçkisinə hazırlaşmasına xüsusilə diqqət yönəldib. Qeyd olunur ki, Ərdoğan prezidentliyə namizəd ola biləcəyinin siqnalı məhz bu sözlərlə verib: "Bundan sonra da bu can, bu bədəndə olduqca üzərimizə hansı əmanət yüklənsə də Allahın izni ilə ona sədaqətlə sahib çıxmağa çalışacağıq".
"Guardian" qəzeti isə Ərdoğanın bu seçkidən sonra daha da çox hakimiyyət əldə etməyə və prezidentlik kürsüsünə sahib olmağa çalışacağını yazıb.
Belə demək mümkünsə, seçki bitdi, seçki başlayır.
Amma Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu Ərdoğan üçün qarşıdakı prosesin asan olmayacığını bəyan edib. Bələdiyyə seçkilərini dəyərləndirən CHP sədri canlı yayımda çıxışı zamanı AKP hakimiyyətini sərt şəkildə tənqid edib və "dövləti soyan adamdan prezident olmaz" deyib.
CHP lideri Kamal Kılıçdaroğlu istefa verməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bunlar tamamən yanlış məlumatlardır. Müzakirə mövzusu belə deyil".
Kılıçdaroğlu bildirib ki, lazım olan dəyərləndirmələr ediləcək, yanlışlar və doğrular ortaya qoyulacaq: "Ancaq əldə olunan nəticəni uğursuzluq kimi dəyərləndirmək doğru deyil. Əsas məsələ bir-birimizi başa düşməkdədir. AKP-lilər bizə qulaq tıxadı, nə dediyimizi belə eşitmədilər. Bu anlamda ortada bir demokratiya krizi var. Bir-birimizi dinləməkdən dolayı yaranmış bir qavrayış var. O kütlələr bizi necə dinləyə bilər. Bunu dəyərləndirməmiz lazımdır. Biz isə onları dinlədiyimizi düşünürük. Baş naziri sabahdan axşama qədər dinləyirik. Seçicini də qulaqlarımızı açaraq dinləyirik. Amma anlaşılan odur ki, onları birdən-birə razı salmaq olmur. Bunun zaman alacağını düşünürəm".
Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçkinin nəticələrini şərh edərkən bildirib ki, seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz.
Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir: "Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb".
Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə etirazlara hazırlaşacaq: "Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək".
S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: "Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir".