Obama Doktrinasının lənəti Dünya

Obama Doktrinasının lənəti

"Foreign Policy" bu məsələyə toxunub

Cavid

Yaxın Şərq bizə "bilinən bilinməyənlər" ideyasını tanıtmış bir regiondur, lakin hazırda qeyri-müəyyənlik, müəmma və şübhə ortasında qalan bir regionda belə əsas rol oynayan bir sıra bilinən bilinməyənlər var. Bunların araşdırılması həm gələcəkdə vəziyyətin nə qədər təhlükəli olacağını göstərir, həm də bizə xatırladır ki, Ağ Evdə İranla bağlanan nüvə sazişinin qeyd edildiyi bir vaxtda prezident qələbənin məğlubiyyət və uğursuzluqlarla əhatələndiyi bir regionu arxasında qoyub gedə bilər. Bəs bilinən bilinməyənlər nələrdir? "Foreign Policy" bu məsələyə aydınlıq gətirib.
Birincisi, İran sazişinin qüvvəyə minəcəyini bilirik. Bu, artıq qərarlaşdırılıb. Prezident Konqresə qalib gələcək və saziş qüvvəyə minəcək. İkincisi, Yaxın Şərqə baxsaq görərik ki, regionda vəziyyət müasir dövrdə heç olmadığı qədər qarışıqdır. Münaqişələrin bürüdüyü Suriya, İraq, Yəmən və Liviyanın vəziyyəti İordaniya, Livan və Türkiyə kimi qonşu ölkələr üçün də təhlükə təşkil edir. İsrail-Fələstin münaqişəsi çıxılmaz vəziyyətdədir. Misir hələ mübarizə aparacağına bənzəyir. Regiondakı münaqişələr körfəz ölkələrini də içinə çəkir. Texniki baxımdan Yaxın Şərqə daxil olmayan, lakin İranla sərhəddə yerləşən Əfqanıstan da böhrana doğru gedir.
Hamımız bilirik ki, vəziyyət tezliklə düzəlməyəcək. Gəlin beş il bundan sonranı düşünək: Suriyada vəziyyətin stabilləşmə ehtimalı varmı? Yaxud da, İraq, Yəmən, Liviyada? Son aylarda ABŞ-dan və regiondakı ölkələrdən olan ekspertlərə bu sual verilib. Onlar isə həmişə bu cavabı veriblər ki, bütün bu ölkələrdəki vəziyyət hələ nəinki beş il, daha da uzun sürəcək.
Həmin ekspertlər bir və ya iki ölkə haqqında yanılmış ola bilərlər, lakin bu ehtimal heç də real görünmür. Ancaq dəqiqliyinə əmin ola biləcəyiniz başqa bir bilinən bilinməyən də var: Yaxın Şərq uzun sürən böhran və qeyri-stabillik dövrü keçirir və biz hər gün vəziyyətin yaratdığı domino effektinin daha da böyüdüyünü görürük. Yüz minlərlə insanın həlak olduğu və 7 milyondan çox insanın məcburi köçkünə çevrildiyi ən böyük humanitar böhranın ünvanı dörd ildən çox müharibəyə dözən Suriyadır. Yəməndə 6 milyona qədər adam aclıq riski ilə üz-üzədir. Liviyalılar hava ilə doldurulan qayıqlara doluşub Avropaya gedib çıxa bilməyə çalışırlar. Qaçqın düşərgələri İordaniya və Liviya üzərinə tab gətirə bilməyəcəkləri bir yük qoyur. Qarışıqlıq daha çox qarışıqlıq yaradır. ABŞ-ın hərbi rəhbərlərindən biri bildirib ki, İslam dövləti artıq ehtiyacı olmadığı üçün təşkilata adam götürməyi azaldıb. Gəlin məsələyə bir də bu yöndən baxaq: sizcə, növbəti beş il ərzində daha çox ölkədə ekstremizmin şahidi olacağıqmı? Şimali Afrikada? Sinayda? Səudiyyə Ərəbistanda? Əfqanıstanda? Neft qiymətlərinin düşməsi, yenidən canlanan İranın müdaxiləsi buna necə təsir göstərəcək?
Bütün bunlar Yaxın Şərq üçün pisə işarə etdiyi qədər bu böhranların hazırkı gedişatı ABŞ, müttəfiqləri və dünyanın digər mühüm qüvvələri üçün daha çox təhlükə təşkil etməyə başlayır. Burda söhbət təkcə Avropa və Şimali Afrika kimi yerlərdə vətənlərinə qayıdan xarici döyüşçü və ya ekstremistlərin yayılmasından getmir.
Hal-hazırda Avropanı bürümüş qaçqın böhranını götürək. Bu problem getdikcə daha da böyüyəcək. Ən ciddi təsirə məruz qalan ölkələr Avropanın cənubunda yerləşən, onsuz da iqtisadi cəhətdən zəif olan və yaxınlaşan qlobal iqtisadi durğunluq nəticəsində daha da zəifləyəcək ölkələrdir. Ölkəyə qaçqınların axın etməsinin iqtisadi və sosial təsirindən qorxan yerli əhalinin narahatlıqlarından istifadə edən millətçi və sağçı partiyalar vəziyyətdən faydalanacaqlar. Bu da həmin partiyaların hamisi Vladimir Putinin işinə yarayacaq. Avropa İttifaqının zəiflədiyini görmək istəyən Putin üçün Fransanın Milli Cəbhə və İtaliyanın Şimal Liqası partiyası Aİ-nin inteqrasiyasına və ittifaq qurumlarının güclənməsinə qarşı biletdir. Bu baxımdan Yaxın Şərqin mühacir böhranı Avropa üçün təkcə stabilliyi pozan bir yük yox, eyni zamanda Atlantika Alyansı üçün təhlükə, Rusiya prezidenti üçün isə bir üstünlükdür.
Vəziyyətin getdikcə pisləşməsi digər rəqiblərə də kömək edəcək. Yaxın Şərqdəki müttəfiqlərə qarşı vuruşan ekstremistlər Afrika və Cənub-şərqi Asiyada olduğu kimi təsirlərini genişləndirə biləcəkləri yeni regionlar axtaracaqlar. Məsələn, İran sanksiyaların qaldırılması ilə yeni əlaqələr quracaq. Bu ölkəyə gələn on minlərlə iş adamı Aİ ölkələri, Asiya və ya ABŞ-a qayıtdıqdan sonra İranla daha açıq əlaqələrin qurulmasını istəyəcək. Beləliklə, İran özünə yeni tərəfdarlar və onlarla birgə daha böyük status və nüfuz qazanacaq. Neft satışı da xüsusilə Çin və Hindistan kimi ölkələrin İrandan asılılığını gücləndirəcək.
Çindən danışmışkən, Yaxın Şərq neftinin ən böyük istehsalçısı olan bu ölkə də regionda nüfuz qazanacaq və İrana təzyiq göstərilməsi yolunda əsas maneəyə çevriləcək. Çinin "Bir Kəmər, Bir Yol" strategiyası artıq təkcə Cənub-şərqi Asiyada yox, eyni zamanda strateji cəhətdən xüsusi əhəmiyyətə malik olan Pakistan kimi Yaxın Şərqlə sərhəddə yerləşən ölkələrlə əlaqələri gücləndirir və Çinin Əfqanıstanda nüfuzunu artırır.
Dünyanı bu səviyyəyə çatdıran amillərin bir çoxu böhran vəziyyətində olan ölkələrə məxsusdur – uğursuz olmuş rejimlər, pis idarəetmə, iqtisadiyyatın düzgün idarə edilməməsi, acgözlük, korrupsiya, tarixi tendensiyalar, yeni texnologiyalar və ekstremist fikirlərin yetişdirilməsi. Ancaq Obama administrasiyanının tətbiq etdiyi strategiyalar da vəziyyətə təsir göstərmiş amillərdəndir. Prezident Barak Obama və onun ətrafındakılar Corc U. Buş administrasiyasının uğursuzluqlarını və səhvlərini nəzərə alaraq, Yaxın Şərqlə əlaqəni kəsməyə çalışdılar. Onlar ABŞ-ın bu problemlərin həllini digərlərinə buraxmalı olduğu fikrini irəli sürdülər, ehtiyatlılıq və tədbirlilik, keçmiş səhvlərin təkrarlanmaması adı altında elə bir xarici siyasət yeritməyə başladılar ki, Amerika güc tətbiq etməkdə tərəddüdlü davranmaqla yanaşı, güc tətbiq edib-etməyəcəyini də naməlum saxladı.
Suriya bu yanaşmanın presedenti oldu. Kimyəvi silahlardan istifadədə "qırmızı xətt"in (dəfələrlə) keçildiyi məlum olduqdan sonra Obama tədbir görmək haqqında düşünməyə başladı. Suriya prezidenti Bəşət əl-Əsəd öz xalqını qırır, digər ekstremist qruplar problemi öz xaosları ilə böyüdür, ABŞ isə vəziyyəti yaxşılaşdıracaq effektiv tədbirlər haqqında düşünmək əvəzinə müdaxilə etməmək üçün bəhanələr axtarırdı. Bəlkə də, ən önəmlisi heç bir tədbir görülməyəcəyi halda ABŞ və ya onun müttəfiqlərinə maddi baxımdan heç bir zərər dəyməyəcəyinin nəzərə alınması idi. Əlbəttə, bu fikrin yanlış olduğu özünü göstərdi. Tədbir görülməməsinin insanlara vurduğu zərər çox böyük oldu. İndi isə Suriyanın gələcəyini düşündükdə bu günün faciələri və keçmişi gələcək qarışıqlıqla müqayisədə kiçik görünür.
İkinci dünya müharibəsi və prezidentliyi dövründə Duayt Eyzenhauerin birinci müavini olmuş general Endryu Qudpasterlə İraq müharibəsinə gətirib çıxaran şübhəli kəşfiyyat əməliyyatından danışarkən Eyzenhauerin 1944-cü ildəki fəaliyyətdən söz açmışdı. Eyzenhauerə 1944-ci ildə Arden meşəsi yaxınlığında Almaniyanın fəaliyyətini görməzdən gəlməsi deyilmiş və iki həftə sonra məşhur Arden yürüşü başlamışdı. O qeyd etmişdi ki, böyük liderlər qarşılarındakı seçimlər zəif də olsa, nəticənin nə olacağından əmin olmasalar belə, həmişə tədbir görməlidirlər, çünki yalnız fəaliyyətdə olmaqla vəziyyətin pisləşməsinin qarşısını almaq və qələbəyə aparan imkanlar yaratmaq olar.
Ehtiyatlı davranan və zəngin təsəvvürə malik olmayan liderlər isə belə imkanları yarada bilmirlər. Bəzən fəlakətlərin qarşısını ala bilsələr də, eyni zamanda vəziyyəti daha da pisləşdirən nəticələrə yol açırlar. Onlar ehtiyatlı davranmaqla əslində yol verdikləri səhvləri daha da böyüdürlər. ABŞ-ın Suriyada tədbir görə bilməməsi və ya tədbir görülməsi üçün koalisiya yarada bilməməsi kimi qüvvələrin İraqdan çıxarılması da İslam Dövlətinin yaradılması üçün şərait yaratdı. İslam Dövlətinə qarşı çox gec və könülsüz şəkildə mübarizəyə qoşulmaq da kömək etmədi. Suriya və İraqdakı xaos Türkiyə, Livan, İordaniya və İslam Dövlətinin zəhərli toxumlarını əkdiyi hər yerə öz təsirini göstərib, İranın imkanlarını da olduqca genişləndirib. Nəticədə isə İranla bağlanan saziş kimi yaxşı niyyətlə atılmış müsbət bir addımın belə regionda siyasi müvazinəti pozmaqla mənfi təsirləri ola bilər.