
ABŞ və İsrailin İrana qarşı başladığı müharibənin uzanma ehtimalı böyükdür. Əlbəttə müharibənin uzanması ABŞ-ın nəinki Yaxın Şərqdə, bütün dünyada qlobal güc statusuna zərbə, prezident Donald Trampın nüfuzunun ciddi zədələnməsidir. Bundan daxili siyasi rəqabət də Trampın impiçmentini formalaşdıra bilər.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, İranın nüvə və ballistik raket proqramının dayandırılması və rejimin dəyişdirilməsi, yaxud körfəz ölkələri nümunəsində ABŞ-a loyal hakimiyyətin qurulması hədəf kimi müəyyən edilmişdi. Ancaq İranın Rusiya və xüsusilə Çinin dəstəyi ilə göstərdiyi müqavimət hələ ki, nəticəyə təsir edir. Xəzər dənizində İran donanmasının məhv edilməsi barədə yayılan məlumatlar da, təbii ki, Rusiya tərəfindən İranın hərbi sursatla təchizatının qarşısını almaq məqsədi daşıya bilər:
"İsrailin baş naziri Netanyahu isə "İran artıq uranı zənginləşdirə və ballistik raketlər istehsal edə bilməyəcək" açıqlaması verib, yəni ilkin məqsədə nail olunub. Ancaq körfəz ölkələrinin Hörmüz boğazından enerji ixracı və ümumiyyətlə logistik imkanları İrandan asılılığı daha da dərinləşib. Dünya iqtisadiyyatının mümkün böhranla üz-üzə qalması ən yaxın müttəfiqləri belə parçalaya bilib.
Müharibənin gedişində ABŞ və İsrailin ciddi nəzərə almadığı əsas faktor İranın əlində olan vasitə Hörmüz boğazı ilə bağlı nəticələridir. Yaranmış vəziyyət və müttəfiqlərinin boğazın açılmasında iştirakdan imtinası ABŞ-ın çarəsizliyini daha da qabardır".
Politoloqun fikrincə, son məlumatlara görə, körfəzdən keçid üçün İran yeni qaydaların tətbiqinə hazırlaşır və tətbiq ediləcək keçid üçün ödənişlər isə Çin yuanı ilə nəzərdə tutulur. Əslində ABŞ-ın Yaxın Şərq müharibəsi elə Çinin zəiflədilməsi və ABŞ-da asılılığını nəzərdə tuturdu. Ancaq nəticədə, əksinə, Çinin əlinin daha da güclənməsi ABŞ-ı qane edə bilməz.
Artıq vəziyyət ABŞ-ı Hörmüzlə bağlı ciddi addımlar atmağa məcbur edir və bir neçə variant üzrə hərəkəti mümkündür. Real vəziyyətdən ABŞ müttəfiqliq və tərəfdaşlarına təhdid xarakterli manipulyasiv şərtlər irəli sürür.
Əgər ABŞ sonda İrandan özünə loyallıq əldə etməsə, onda bir neçə gün əvvəl Trampın dediyi İranın xəritə dəyişikliyi gündəmə gəlir. Əlbəttə ki, İranın parçalanması (Güney Azərbaycan, Kürdüstan) və xüsusən Hörmüz körfəzi ətrafı ərəb mənşəli Hörmüzqan əyalətinin müstəqilliyi gündəmə gətirilə bilər. ABŞ-ın da Hörmüzün açılması ilə bağlı quru əməliyyata hazırlaşdığı deyilir. İran prezidenti azərbaycan əsilli Masud Pezeşkianın istefa cəhdi ilə bağlı xəbərlər də, azərbaycanlıların mərkəzi hakimiyyətlə uçurumunu dərinləşdirə bilər. Yeri gəlmişkən, ABŞ artıq rəsmi xəritələri İran ərazisində Güney Azərbaycan termini tətbiq etməyə başlayıb. Hətta internet resurslarında da:
"Digər bir variantı isə, Netanyahu təklif edir: körfəz ölkələrinin neft və qazı kəmərlə İsrail limanları vasitəsilə dünya bazarına çıxarılsın. Mövcud "Eylat-Aşkelon" boru kəmərinin genişləndirilməsi də mümkündür. Ancaq bu halda, Çin İrandan ucuz xammal idxalı davam etdirir, yəni onda bu vəziyyət ABŞ-ın strateji məğlubiyyəti ilə bitir. Digər tərəfdən bu variantın tətbiqi üçün zamana ehtiyac var. Həm də İsrail "İran təhlükəsinin mövcudluğu ilə" ərəb dövlətlərini daimi şəkildə özündən asılı vəziyyətə salır. Bu variant elə Təl-Əvivin strateji "Böyük İsrail" planının icrasına imkanı genişləndirir. Eyni zamanda da İsrail ABŞ-dan onun yağlı "ərəb tikəsini" əlindən almış olur.
Ona görə də, ABŞ üçün ən optimal variant İranda ABŞ-a loyal hakimiyyətin qurulması birinci məqsəd olaraq qalır".
Cavid