Rusiya Sumıya hücum edib, 3 nəfər ölüb, 13 nəfər yaralanıb Dünya

Rusiya Sumıya hücum edib, 3 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya tərəfindən Sumı vilayətinə edilən hücumlar nəticəsində 3 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Yerli medianın verdiyi məlumata görə, bundan əlavə, Rusiya hücumu nəticəsində Zaporojye rayonunda 30 yaşlı qadın həlak olub. Daha iki nəfər — 48 yaşlı kişi və 10 yaşlı oğlan isə müxtəlif dərəcəli xəsarətlər alıb.