Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb Dünya

Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb

İsrailin baş naziri Benjamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.

Ynet-in verdiyi məlumata görə, Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”

O həmçinin bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.