17:28
672
Bu gün səhər saatlarında İran tərəfindən Təl-Əviv və ətraf rayonların raket atəşinə tutulması nəticəsində azı 15 nəfər xəsarət alıb.
Bu barədə İsrailin milli təcili yardım xidməti məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan birinin vəziyyəti orta-ağır, digər 14 nəfərin vəziyyəti isə yüngül kimi qiymətləndirilir. Yaralıların hamısı Təl-Əviv və şəhərətrafı qəsəbələrdəki xəstəxanalara yerləşdirilib.
İsrail ordusu səhər saatlarında ölkənin mərkəzi hissəsinə İran ərazisindən 4 raket atıldığını qeydə alıb. Hücum zamanı Təl-Əviv və ətraf ərazilərdə üç dəfə hava həyəcanı siqnalı verilib. Raketlərin zərərsizləşdirilməsi zamanı yaranan qəlpələr şəhərin müxtəlif yerlərinə, o cümlədən mərkəzi məhəllələrə düşüb.