“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
09:24
686
Artıq gəmilərə yüklənmiş İran neftinin satışı 19 aprelə qədər sanksiyalardan azad edilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.
Qeyd edək ki, İran münaqişəsi səbəbilə Brent markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 60% artaraq barel üçün 110 dolları keçib və bu da bazarlarda çaxnaşmaya səbəb olub.
İran nefti ilə bağlı addım atan Tramp administrasiyası enerji təchizatına təzyiqi azaltmaq üçün İran neftinin dəniz yolu ilə alınmasını 30 gün müddətinə sanksiyalardan azad edib.
“Dünya bazarlarına cari təchizatı müvəqqəti olaraq açmaqla ABŞ qlobal bazarlara təxminən 140 milyon barel neft tədarük edəcək və beləliklə, ümumi enerji təchizatını artıracaq və İrandan müvəqqəti təchizat təzyiqlərini azaldacaq”, - ABŞ maliyyə naziri Skott Bessent bildirib.