Bağdadda İraq kəşfiyyat xidmətinin qərargahına PUA zərbəsi endirilib Gündəm

Bağdadda İraq kəşfiyyat xidmətinin qərargahına PUA zərbəsi endirilib

Pilotsuz uçuş aparatı (PUA) Bağdadda İraq kəşfiyyat xidmətinə məxsus binaya hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı ərəb respublikasının təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, PUA Bağdadın qərbindəki nüfuzlu Mansur rayonunda yerləşən qərargahı hədəf alıb. Bundan əvvəl "Al Araby" telekanalı eyni rayonda yerləşən Mərakeşin İraqdakı səfirliyi yaxınlığına mərmi qalıqlarının düşməsi barədə məlumat vermişdi.

Məryəm Quliyeva